Keçid linkləri

2017, 15 Dekabr, Cümə, Bakı vaxtı 06:28

Avropa Komissiyası Ukraynanın iqtisadiyyatını dirçəltməkdən ötrü 600 milyon avroluq yardım ayırıb. Əslində yardım çoxdan verilməli idi, kredit şərtləri üzündən yubanırdı. Əsas şərtlər iqtisadiyyatın yenilənməsi, korrupsiyayla mübarizə idi.

Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib ki, ölkə münaqişədən əziyyət çəksə də, Kiyev iqtisadiyyatı stabilləşdirməkdən ötrü yetərincə iş görür.

Beləliklə, 2014-cü ildən bu yana AB Ukraynaya 2.8 milyard avroluq yardım edib. Bu yardıma ölkənin indi xüsusi ehtiyacı var. Krımın Rusiyaya ilhaqı, separatçıların nəzarətində olan şərq regionlarıyla əlaqənin kəsilməsi Ukrayna iqtisadiyyatına zərbə vurub. Elə separatçılarla müharibəyə görə AB Ukrayna qarşısında tələblərini bir qədər yumşaldıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG