Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:30

Məhkəmə Donald Trump-ın 2-ci qadağasını da ləğv etdi.

ABŞ prezidenti D.Trump məhkəmənin onun qadağasını dondurmaqla səlahiyyətlərini aşdığını deyir.

Dünən –martın 15-də Havay ştatının federal məhkəməsi prezidentin miqrantların ABŞ-a səfərini yasaqlayan sərəncamının ləğvi haqda qərar verib. Federal hakim Derrick Watson-un qərarında deyilir ki, prezidentin sərəncamı konstitusiyaya uyğun deyil və Havay ştatına, onun vətəndaşlarına ziyan vura bilər.

D.Trump-ın martın əvvəlində imzaladığı sərəncama görə, 6 müsəlman ölkəsindən olan miqrantların, eləcə də səyahətçilərin ABŞ-a girişi müvəqqəti yasaqlanır. Qadağa məhkəmənin qərarından bir neçə saat sonra, yəni bu gün qüvvəyə minməli idi.

D.Trump prezidentin ölkənin təhlükəsizliyini qorumaq naminə belə qadağalar qoymaq haqqına sahib olduğunu söyləyib, axıra qədər gedəcəyinə, məhkəmənin qərarından şikayət edəcəyinə söz verib.

Prezidentin yanvarda imzaladığı sərəncamı da məhkəmə ləğv etmişdi. Həmin sərəncam İraq, İran, Suriya, Sudan, Somali, Liviya və Yəməndən olan miqrantlara aid idi. İkinci sərəncamda İraqın adı siyahıdan çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG