Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:06

Merkelin Moskvaya səfərinin vaxtı razılaşdırılıb


Angela Merkel və Vladimir Putin

Almaniya Kansleri Angela Merkelin Rusiyaya səfərə gələ bilər.

Bu barədə RİA Novosti agentliyi martın 15-də Rusiya prezidentinin köməkçisi Yuriy Ushakova istinadla xəbər yayıb.

O, jurnalistlərlə söhbət zamanı artıq səfərin vaxtının razılaşdırıldığını deyib, amma dəqiq vaxt barədə heç nə deməyib.

Kremlin sözçüsü Dimitry Peskov bundan əvvəl liderlərin Ukrayna məsələsini müzakirə edəcəklərini bildirimişdi.

Rusiya prezidenti Vladimir Putin ötən həftə Almaniyanın xarici işlər naziri Zigmar Gabriellə görüşdə demişdir ki, Merkelin Moskvaya gəlişini gözləyirlər.

Putin həmçinin bildirmişdir ki, Moskva ilə Berlinin qarşısında duran ümumi məsələ ikitərəfli münasibətləri normallaşdırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG