Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 16:46

Xəzərdən tapılan meyitin neftçiyə aid olduğu dəqiqləşdi


Qəza baş verən platforma.

Martın 13-də Xəzər dənizindən tapılmış kişi meyitinin itkin düşmüş neftçilərdən Ramiz Abbasova aid olduğu dəqiqləşib.

Bu barədə Dövlət Dəniz Administrasiyasında yaradılan qərargahın məlumatında bildirilir.

Məlumatda Salyan rayonundan olan neftçinin “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin işçisi olduğu qeyd edilir.

Buna da bax:​ İtkin neftçilərdən birinin meyiti tapılıb?

Mərhum neftçinin meyiti ailəsinə təhvil veriləcək.

Qərargah digər itkin düşmüş neftçilərin axtarışının davam etdirildiyini bildirir.

XATIRLATMA

Ötən il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu.

Buna da bax:​ Nərimanov NQÇİ-də daha bir qəza

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. Sonradan itkin düşənlərdən üçünün meyiti tapılmışdı.

Digər 5 neftçidən, hələ də xəbər yoxdur.

Sözügedən qəzadan sonra Dövlət Dəniz Administrasiyasında qərargah yaradılıb.

Buna da bax:​ 'İtkin neftçilərin maaşları ailələrinə verilsin'

Qərargaha Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin aparıcı mütəxəssisləri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG