Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:32

İtkin neftçilərdən birinin meyiti tapılıb?


Qəza baş verən platforma.

Xəzər dənizinin Neftçala rayonunu Birinci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.

Ötən il dekabrın 15-də Xəzərdə estakadanın uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı ilə bağlı yaradılan qərargahın məlumatında belə yazılır.

Buna da bax:​ İtkin neftçilərin axtarışı nəticəsizdir

Məlumatda bildirilir ki, tapılan meyitin “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olduğu güman edilir.

Qərargah meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra rəsmi məlumat veriləcəyini bildirir.

APA isə xəbər verir ki, meyiti tapılan şəxs itkin neftçilərdən Həsənağa Hacıəliyevə aiddir.

Buna da bax: '335 milyonluq ofis və yararsız estakada'

Xəbərdə qeyd edilir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.

Meyitin araşdırma aparılmasından ötrü Bakıya - Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salındığı bildirilir.

Buna da bax:​ ‘Dəniz estakadalarından imtina etmək lazımdır’

Xatırlatma

2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib.

Multimedia

XS
SM
MD
LG