Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:43

İtkin neftçilərin axtarışı nəticəsizdir


Neft Daşları

Ötən il dekabrın 15-də Xəzərdə estakadanın uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir. Ancaq onlardan, hələlik, tapılan yoxdur.

Bu haqda neftçilərin axtarışı ilə bağlı yaradılan qərargahın məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, yanvarın 5-də mövcud hidrometeoroloji vəziyyəti və küləyin istiqamətini mütəxəssislər bir daha təhlil ediblər. Nəticədə sualtı və suüstü axtarış xilasetmə əməliyyatlarının gücləndirilməsi barədə qərar qəbul edilib. Əməliyyatlar fasiləsiz davam etdiriləcək.

Paralel olaraq estakadanın dağıldığı ərazidə suyun dibində dağıntıların təmizlənməsi prosesi də davam etdiriləcək.

2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG