Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

Danışılmış oyunlar AFFA-da müzakirə edilib


AFFA-nın loqosu.

Danışılmış, nəticələri manipulyasiya edilmiş oyunlar məsələsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin martın 15-də keçirilən iclasında müzakirə edilib.

Bu haqda AFFA-nın məlumatında bildirilir.

Məlumata görə, aparılmış müzakirələrdən sonra, 11 qərar qəbul edilib. Onlardan biri məhz danışılmış oyunlarla bağlı olub.

Buna da bax:​ Azərbaycanda danışılmış oyunlar- 22 futbolçu kənarlaşdırıldı

Müzakirələr zamanı danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlara diqqət yönəldilib. İcraiyyə Komitəsi bu xəbərdarlıqlar barədə qərar qəbul olunmasını İntizam Komitəsinə tövsiyə edib.

Bir qədər əvvəl AFFA nəzdindəki komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmaları davam etdirdiyini açıqlamışdı. Komissiya xüsusilə 1-ci divizion komandaları arasında keçiriləcək oyunlara nəzarəti daha da gücləndirməklə bağlı niyyətini açıqlayıb .

Azərbaycanda danışılmış futbol oyunları məsələsi ötən ilin sonunda daha sıx gündəmə gəlmişdi.

Buna da bax: AFFA prezidenti: 'Klubları yarıyolda qoyurlar…'

Həmin vaxt AFFA danışılmış oyunlarda iştirak etdikləri güman olunan 22 futbolçunun yarışlardan kənarlaşdırılması haqda qərar vermişdi. Həmin qərar futbolçuların danışılmış oyunlarda iştirak etməsi barədə UEFA-dan və digər mənbələrdən daxil olan bilgilərə əsaslanmışdı.

Həmin futbolçular 1-ci divizionda təmsil edilən komandaları təmsil etmişdilər.

Danışılmış oyunlar futbolda ən pis hallardan biri sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG