Keçid linkləri

2017, 24 Mart, Cümə, Bakı vaxtı 12:05

Çovğun Merkel-lə Trump-ın görüşünü təxirə salıb


Donald Trump və Angela Merkel

Donald Trump və Angela Merkel

ABŞ prezidenti Donald Trump-la Almaniya kansleri Angela Merkel-in görüşü təxirə düşüb. Səbəb Birləşmiş Ştatların şərq sahillərini bürüyən güclü qar çovğunudur.

A.Merkel-lə D.Trump bu gün-martın 14-də görüşməli idilər. Ağ ev ABŞ prezidentinin kansler hava limanına yoldaykən ona zəng etdiyini, liderlərin görüşü martın 17-ə salmaq haqda razılığa gəldiklərini bildirir.

A.Merkel-lə D.Trump ilk dəfədir görüşməyə hazırlaşırlar. Onların NATO, Ukrayna, «İslam Dövləti» (İŞİD) terror qruplaşması və Almaniya ilə ABŞ arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənir.

Sinoptiklər isə martın 15-də ABŞ-ın şimal-şərq sahillərində güclü qar çovğunu olacağını, Vaşinqtondan Bostona qədər hər yerin qarla örtüləcəyini deyiblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG