Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:28

'Azərbaycan Abxaziyadakı seçkiləri tanımır'


Suxumi, Abxaziya. 12 mart, 2017.

“Azərbaycan Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, martın 12-də orada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Abxaziyada keçirilmiş parlament seçkiləri ilə əlaqədar bəyanatında belə yazılır.

Buna da bax:​ Abxazların yarıdan çoxu səsverməyə qatılıb

“Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllindən ötrü danışıqların davam etdirilməsi zəruridir”, nazirliyin bəyanatında vurğulanır.

Gürcüstanın regionunda - tanınmamış Abxaziya Respublikasında dünən, martın 12-də parlament seçkiləri keçirilib.

Abxaziya Cənubi Osetiya kimi, 2008-ci ildə Rusiyanın müdaxiləsindən sonra Gürcüstandan ayrıldığını, müstəqil olduğunu elan edib. Rusiya onların hər ikisinin müstəqilliyini tanıyıb, ərazilərində hərbi bazalar yerləşdirib.

Buna da bax:​ Gürcüstanda demokratiyanın gələcəyindən narahatdırlar

Qərb ölkələri və ABŞ Cənubi Osetiyanı da, Abxaziyanı da Gürcüstan ərazisi hesab edir. Bu regionlarda keçirilən seçkilərin nəticələrini tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG