Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:56

Gürcüstanın regionu, tanınmamış Abxaziya Respublikasında dünən parlament seçkiləri keçirilib. Yerli rəsmilər seçicilərin 50%-dən çoxunun səsverməyə qatıldığını deyirlər. Bu da 2012-ci il seçkiləriylə müqayisədə 5 % çox deməkdir. Qanuna görə, səsini verənlərin sayı 25%-i keçərsə, səsvermə baş tutmuş hesab edilir. İlkin nəticələr bu gün-martın 13-də açıqlanmalıdır.

Abxaziya da, Cənubi Osetiya kimi, 2008-ci ildə--Rusiyanın müdaxiləsindən sonra Gürcüstandan ayrıldığını, müstəqil olduğunu elan edib. Rusiya hər iki regionun müstəqilliyini tanıyıb, ərazilərində hərbi bazalar yerləşdirib.

Qərb Cənubi Osetiyanı da, Abxaziyanı da Gürcüstan ərazisi hesab edir, bu regionlarda keçirilən seçkilərin nəticələrini tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG