Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 22:51

Avropa Şurası Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksilayarı uzatdı


İlustrasiya

Avropa Şurası Ukraynana münaqişəsinə görə Rusiya və Ukraynadan olan mülki və hüquqi şəxslərə qarşı sanksiyaların müddətini daha 6 ay-sentyabrın 15-dək uzatdı.

Avropa Birliyi həmin şəxsləri Ukraynanın ərazi bütövlüyünü pozmaqda günalhandırır.

Bu barədə martın 13-də RiA Novosti agentliyi məlumat yayıb.

Hazırda sanksiyalar siyahısında 150 nəfərin adı var ki, onlardan 37-i hüquqi şəxslərdir.

Avropa Birliyi bu sanksiyaları 2014-cü il martın 17-də, Krımn Rusiyaya birləşdirilməsi ilə bağlı referendumdan sonra tətbiq edib.

Söhbət həmin şəxslərin bank hesablarının dondurulması və Avropa Birliyinə girişinin qadağan edilməsindən gedir.

Bura Rusiya və Ukraynanın separatçı bölgələri Luqansk və Donetsk vilayətlərindən olan biznesmenlər və mülki şəxslər aiddir.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG