Keçid linkləri

2017, 15 Dekabr, Cümə, Bakı vaxtı 06:34

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar xalqa müraciət edib.

Müraciətdə əhalidən bu bayramda keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsizliyinə əməl edilməsi xahiş olunur.

Nazirlik qeyd edir ki, uşaqlar böyüklərin nəzarəti olmadan bayram tonqalının ətrafına buraxılmasınlar. Üstəlik, bayram tonqallarının elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda qalanması məsləhət bilinir.

Nazirlik əhaliyə yanğın təhlükəsi olarsa, 112-yə zəng etməyi tövsiyə edir.

Sabah, martın 14-ü Azərbaycanda ilaxır çərşənbə-torpaq çərşənbəsi qeyd ediləcək. Bu il bahar Azərbaycana martın 20-si saat 14:29-da qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG