Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:38

İlham Əliyev Donald Tuska təbrik məktubu göndərib


İlham Əliyev və Donald Tusk.

“Azərbaycan Avropa Birliyi ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir”.

Prezidenti İlham Əliyevin növbəti dəfə Avropa Birliyi Şurasının prezidenti seçilmiş Donald Tuska ünvanladığı təbrik məktubunda belə yazılır. Təbrik məktubu prezidentin rəsmi saytında yayılıb.

Məktubda vurğulanır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübut edib.

Buna da bax:​ N.Məmmədov: 'AB Azərbaycanın ərazi bütövlüyünü tanımırdı'

Münasibətlərinin inkişafına, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə, D.Tuska təşəkkür edən ölkə başçısı tərəfdaşlıq əlaqələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi məqsədi ilə birgə səylərə ümidvar olduğunu bildirib.

İ.Əliyev məktubda fevral ayında Avropa Birliyi və Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara başlanmasından ötrü Brüsselə etdiyi səfəri də xatırladıb.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

Buna da bax: Donald Tusk İlham Əliyevlə görüşdə insan haqlarından danışdı

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər

2016-cı il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Buna da bax:​ AB liderləri Rusiyanın Balkanlara müdaxiləsindən narahatdırlar

Bundan sonra isə tərəflər arasında çərçivə sazişi imzalanmalıdır.

Artıq, bu ilin fevralında Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG