Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 00:28

AB liderləri Rusiyanın Balkanlara müdaxiləsindən narahatdırlar


Theresa May

Balkanlardakı fikir ayrılıqları, bəzi liderlərin Qərblə əməkdaşlığı dayandırmaq cəhdləri Avropa Birliyi (AB) ölkələrini narahat edib.

Böyük Britaniyanın baş naziri Theresa May deyib ki, regionda sabitsizliyin artması təhlükəsi var və bu, Avropanın kollektiv təhlükəsizliyinə təhdiddir.

T.May gələn il Britaniyanın Balkanlar sammitinə ev sahibliyi edəcəyini açıqlayıb. Sammitin məqsədi, nazirin dediyinə görə, regionun stabilliyini qaytarmaqdır. «Monteneqroda çevriliş planları haqda deyilənləri də nəzərə alaraq, mən hamımızı Rusiyanın stabilliyin pozulmasına xidmət edən dezinformasiya təbliğatıyla mübarizəyə, Qərbin öhdəliklərini vurğulamağa çağırıram», - Britaniyanın baş naziri T.May deyib.

Monteneqro hökumətinin iddiasına görə, oktyabrda—seçkilər zamanı rusların maraqlarına xidmət edən serblər keçmiş baş nazir Milo Djukanovic-i qətlə yetirməyi planlayırlarmış, bununla ölkədə stabilliyi pozmaq istəyirlərmiş.

Monteneqro bu ilin sonunda NATO-ya üzv olmaq niyyətindədir. Rusiya Monteneqronun bu addımını «təxribat» adlandırıb, NATO-ya üzvlüyün Monteneqronun özünün təhlükəsizliyinə zidd olduğunu bildirib.

Avropa Birliyi Şurasının prezidenti Donald Tusk da Rusiyanın Balkanlara neqativ təsirindən danışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG