Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Böyük Britaniya Azərbaycan hərbi əlaqələri müzakirə edilib


Azərbaycanın müdafiə naziri Böyük Britaniyanın müdafiə nazirliyinin nümayəndə heyəti ilə görüşüb. 09mart2017

“Azərbaycanın NATO-nun Əfqanıstanda keçirdiyi missiyada iştirakını yüksək qiymətləndiririk. Böyük Britaniya Azərbaycan ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır”.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru Nick Gurr (Nik Qurr) martın 9-da müdafiə naziri Zakir Həsənovla görüşündə belə deyib.

Bu haqda Müdafiə Nazirliyinin press-relizində bildirilir.

Buna da bax:​ STRATFOR: Rusiya Bakını yeni müharibəyə təhrik edə bilər

Məlumatda qeyd edilir ki, O, Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu söyləyib.

Verilən xəbərə görə, görüşdə əsas müzakirə mövzusu Bakıda Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında qərargah danışıqlarının keçirilməsinə dair məsələlər olub.

İki ölkə arasında hərbi təhsil, xüsusilə də Azərbaycan hərbçilərinin “Hərbi ingilis dili kursu”nda iştirakı da diqqət mərkəzində olub.

Buna da bax: Generallar nə üçün Bakını seçdi? [video]

Z.Həsənov qonağa regiondakı hazırkı vəziyyət barədə məlumat verib. O, vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi beynəlxalq və regional təhlükəsizliyə ciddi təhdid yaradır.

Görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, regional, dəniz, enerji resurslarının təhlükəsizliyi, terrorizmlə birgə mübarizə məsələləri də diqqət mərkəzində olub.

Buna da bax:​ Zakir Həsənov ABŞ və Rusiyanın hərbi liderləri ilə görüşüb

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG