Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 11:59

Zakir Həsənov ABŞ və Rusiyanın hərbi liderləri ilə görüşüb


Zakir Həsənov

Fevralın 16-da müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Joseph Dunford-un rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, Zakir Həsənov ABŞ-la hərbi əlaqələrin uğurla inkişaf etdiyindən danışıb. O, iki ölkə arasında hərbi əməkdaşlıq, NATO proqramları çərçivəsində fəaliyyət və Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verilən töhfə haqqında bəhs edib.

Buna da bax:​ ABŞ və Rusiyanın hərbi liderləri Bakıda görüşür

Joseph Dunford
Joseph Dunford

Nazir bölgədəki hərbi-siyasi vəziyyətə də toxunub. Münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Xəbərdə qeyd edilir ki, Joseph Dunford isə Azərbaycanın Silahlı Qüvvələrində həyata keçirilən islahatlardan xəbərdar olduğunu söyləyib. Terrorizmlə mübarizədə, sülhməramlıların Əfqanıstandakı əməliyyatlarda iştirakını qeyd edib.

Görüşdə həmçinin, Xəzər dənizində təhlükəsizlik məsələlərinin, ölkələr arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsinin, treninqlərin keçirilməsinin və hərbi təhsil məsələlərinin müzakirə olunduğu bildirilir.

Joseph Dunford rusiyalı həmkarı ilə ikitərəfli görüşün Bakıda keçirilməsindən ötrü göstərilən səylərə, qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq da edib.

Buna da bax: Generallar niyə Bakını seçdi...

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Joseph Dunford-un rəhbərlik etdiyi nümayəndə heyətini günün birinci hissəsi prezident İlham Əliyev də qəbul etmişdi.

Valeri Gerasimovla görüş

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov

Zakir Həsənov fevralın 16-da həmçinin, Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Z.Həsənov görüş zamanı iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. O, bölgədəki hərbi-siyasi vəziyyətə toxunub, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını vurğulayıb.

Tərəflərin hərbi əməkdaşlığın mövcud durumunu, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə etdiyi bildirilir.

Buna da bax:​ Obama Putin-i necə vura bilər?

Fevralın 16-da general Joseph Dunford-un Bakıda rusiyalı həmkarı Valery Gerasimov-la görüşəcəyi gözlənilir

Bu haqda ABŞ-ın Baş Qərargah Rəisinin Ofisi məlumat yayıb.

Onların iki ölkə arasındakı hərbi münasibətlərin hazırkı durumunu müzakirə edəcəyi qeyd edilir.

«Hərbi liderlər ABŞ-Rusiya arasında mümkün problemləri önləmək üçün, hərbi əlaqələrin davamlı və aydın olmasının önəmi də daxil olmaqla, fərqli mövzuları müzakirə edəcəklər», deyə ABŞ-ın Baş Qərargah Rəisinin Ofisinin xəbərində bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG