“Azərbaycanın Avropa Birliyi ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.
Moskvada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov martın 7-si Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı belə deyib.
“Biz Avropa Birliyi ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq ”, - deyən nazir Azərbaycan - ABŞ münasibətlərinə də toxunub.
Buna da bax: E.Məmmədyarov D.Rogozin-lə görüşüb
E. Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələrdə çətin tərəfdaşdır.
“Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edirlər. Bu oyunun qaydası belədir”, nazir deyib.
Buna da bax: Wall Street Journal: "Vaşinqtonun Rusiyaya qarşı siyasəti qəfil sərtləşib"
Azərbaycan xarici işlər naziri E. Məmmədyarov martın 6-sı Rusiyaya gedib. O, həmin gün rusiyalı həmkarı S.Lavrov-la görüşmüşdü.
Bu gün, martın 7-si isə baş nazirin müavini, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Dmitry Rogozin-lə bir araya gəlmişdi.
Şərhlər (1)
Daha çox şərh göstər