Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Wall Street Journal: "Vaşinqtonun Rusiyaya qarşı siyasəti qəfil sərtləşib"


Donald Trump

“Wall Street Journal” qəzeti Trump administrasiyasının Rusiyaya qarşı siyasətinin qəfil sərtləşdiyini yazır.

Qəzet xatırladır ki, Donald Trump seçkiqabağı kampaniyalar zamanı dəfələrlə Rusiyaya qarşı barışdırıcı mövqedən çıxış edib, NATO və Vaşinqtonun alyansdakı bir sıra müttəfiqlərini isə tənqid edib.

Amma prezident kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra Kremlə qarşı sərt xətt tərəfdarı olan bir sıra şəxsləri özünün əsas köməkçiləri təyin elədi.

Qəzet yazır ki, həttaTrump NATO-nu dəstəklədi, xüsusilə də ötən həftə Konqrersdə çıxışı zamanı.

Müdafiə naziri Ceyms Mettis isə bu yaxınlarda Avropada çıxış edərkən bildirdi ki, ABŞ indiki mərhələdə Rusiya ilə hansısa hərbi əməkdaşlıqda maraqlı deyil və onunla danışıqlarda “güc mövqeindən” çıxış etmək fikrindədir.

“Wall Street Journal” yazır ki, ABŞ-ın Moskvaya qarşı kursunu belə dəyişməsi Avropada “alqışlarla qarşılandı”.

Mənbə hesab edir ki, Vaşinqton bununla avropalı diplomatları əmin etdi ki, Şərqi Avropa ölkələri, xüsusilə də Ukraynanı dəstəkləməkdən imtina eləmək fikrində deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG