Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 04:21

Xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya rəsmi səfəri çərçivəsində bu gün, martın 7-si baş nazirin müavini, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Dmitry Rogozin-lə görüşüb.

«Turan» Agentliyi xəbər verir ki, E.Məmmədyarov görüşdən öncə Kreml divarları önündə naməlum əsgərin abidəsini ziyarət edib, abidənin önünə əklil qoyub.

D.Rogozin ilə görüşdə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb.

Tərəflər bu dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini diqqətə çatdırıblar.

Görüşdə hökumətlərarası komissiyanın Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd olunub. Ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin və humanitar təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Azərbaycan xarici işlər naziri E.Məmmədyarov martın 6-sı Rusiyaya gedib. O, bir gün əvvəl rusiyalı həmkarı S.Lavrov-la görüşmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG