Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:57

Yazıçı-publisist Mehriban Vəzir bu gün, martın 7-si Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıb.

Bu haqda onun özü məlumat yayıb.

M.Vəzirin bildirdiyinə görə, onu sərhədçilər saxlayıblar.

“Saxlayıb, təftiş edirlər. Bu hökumətin mənimlə rəftarıdır”, deyən M. Vəzir sorğu-sual edildiyini ifadə edib.

“İçəridə biri təftiş edib, deyir ki, niyə mənim kimi düşünmürsən”...

Buna da bax:​ 'Azərbaycanla Mədən Şəffaflığının standartlarına uyğun davranın'

Hazırda, M.Vəzirin telefonuna zəng çatmır.

Məsələyə, hələlik, rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda ictimai-siyasi fəalların hava limanlarında, digər sərhəd-keçid məntəqələrində saxlanılıb çək-çevir edilməsinə 2014-cü ildən başlanılıb. Həmin vaxt beynəlxalq və yerli QHT-lərlə bağlı Baş Prokurorluqda cinayət işi açılmışdı.

Buna da bax: Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?

Həmin cinayəti işi əsas göstərilməklə bir sıra QHT rəhbərlərinin və fəallarının, eləcə də jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmuşdu. Sonradan bu qadağaların bəziləri aradan qaldırılıb.

M.Vəzir Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin silahdaşlarından olub.

O, hazırda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvüdür.

Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi (2004) İctimai Birliyinə rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG