Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 18:04

Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir? 


«Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyası Şurası adından qurumda baş verənlərlə bağlı növbəti açıqlama yayılıb.

MSŞA QHT Koalisiyası Şurası hesab edir ki, Dövlət Neft Fondun sədri Şahmar Mövsümov Şuranın fəaliyətinə kobud müdaxilə edir və bu müdaxilə vətəndaş cəmiyyətinin parçalanmasına və fəaliyyətinin məhdudlaşdırılmasına hesablanmış addımdır.

MSŞA Koalisiya Şurasında nə baş verir?

MSŞA Koalisiya Şurasının koordinatoru Qubad İbadoğlu deyir ki, standartlara uyğun olaraq 6 nəfərlik üzvdən ibarət Çoxtərəfli Qrup seçilib. Onun sözlərinə görə, bu gün problem də ondadır həmin seçilmiş üzvlər öz fəaliyyətlərini davam etdirə bilmirlər.

Qubad İbadoğlunun sözlərinə görə, belə bir vəziyyətin yaranması MSŞT Beynəlxalq İdarə heyətinin Boqotada nəzərdə tutulan növbəti toplantısı öncəsi arzuolunan hal deyil. Koordinator bildirir ki, MSŞT-nin Azərbaycan qarşısında qoyduğu son tələblər yerinə yetirilməyib və hökumətin bunu həyata keçirmək istəyi hiss olunmur.

Qubad İbadoğlu: "Azərbaycan qarşısında qoyulan tələblər yerinə yetirilməyib"
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00
Direct-ə keçid

MSŞT-nin Çoxtərəfli qrupunun keçmiş üzvü Mehriban Vəzirin sözlərinə görə, ötən ilin aprelin 30-da Koalisiya Şurasına keçirilən seçkilərdə siyasi təşkilatların güclərindən və aşırı təbliğatın güclərindən istifadə olunduğu və namizədlərə bərabər imkanlar yaradılmadığı üçün nəticələr üzvlərin əksəriyyəti tərəfindən qəbul olunmadı və legitim hesab olunmadı.

Mehriban Vəzir bildirir ki, həmin seçilmiş insanlar onları qəbul etməyənlərə iftiralar atmaqla, hökumətyönlü adlandırırlar və beynəlxalq ictimaiyyət qarşısında yalanlar danışırlar.

Mehriban Vəzir: " həmin seçilmiş insanlar onları qəbul etməyənlərə iftiralar atmaqla..."
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00
Direct-ə keçid

MSŞA Koalisiya Şurasının üzvü Akif Qurbanov bildirir ki, apreldə seçilən tərkib hakimiyyəti qane etmədiyi üçün bir kampaniya başladıldı. Akif Qurbanov deyir ki, onların arqumentlərinin heç birinin ciddi əsası yox idi. Onun sözlərinə görə, bu gün mübahisələndirlməli olan məsələ vətəndaş cəmiyyətinin hökumətdən asılılığı olmalıdır.

Lakin Akif Qurbanov qeyd edir ki, bu məsələdən diqqəti yayındırmaq üçün vətəndaş cəmiyyətinin siyasiləşməsini ortalığa atırlar. Koalisiya Şurasının üzvü bildirir ki, bu proses Çoxtərəfli qrup seçimlərindən sonraya qədər gəlib çıxdı. Onun sözlərinə görə, yeni Çoxtərəfli Qrupun heyətinin tanınmasına imkan verilmədi.

Akif Qurbanov: "apreldə seçilən tərkib hakimiyyəti qane etmədiyi üçün..."
Gözlə

No media source currently available

0:00 0:05:27 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG