Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:22

Qubad İbadoğlu: 'Azərbaycanın üzvlüyünün dayandırılması mümkündür'


Qubad İbadoğlu

“Boqotadakı müzakirələr Azərbaycana asan olmayacaq. Azərbaycan islah tədbirləri planını tam həcmdə yerinə yetirməyib”.

Mədən Sahəsində Şəffaflıq Təşəbbüsü-nün (EITI) beynəlxalq idarə heyətinin martın 8-dən 9-na kimi keçiriləcək iclasında iştirak etmək məqsədi ilə Kolumbiya paytaxtına gedən iqtisadçı, EITI-nin İdarə Heyətinin üzvü Qubad İbadoğlu belə deyib.

Hakimiyyət 3 birmənalı tələbə əməl etməyib

“Müəyyən addımlar atılıb: qrantların və xarici donorların qeydiyyatı qaydaları sadələşdirilib. Bunun ötrü tələb olunan sənədlərin sayı azaldılıb, müraciətlərə baxılması müddəti azaldılıb. Amma bu tədbirlər, çətin ki, yetərli hesab olunsun. Beynəlxalq İdarə Heyətinin üç birmənalı tələbi var idi: xarici donorlara dövlət qeydiyyatını ləğv etmək, qrantların, müqavilələrin qeydiyyatı təcrübəsini aradan qaldırmaq və hər iki ildə bir QHT reyestrindən çıxarış verilməsi qaydasını ləğv etmək”, deyə Q.İbadoğlu bildirib.

Buna da bax:​ 'Şəffaflıq koalisiyası'nda nə baş verir?

Q. İbadoğlunun sözlərinə görə, mühitin yaxşılaşdırılması üzrə tədbirlər kompleksi həyata keçirilməlidir. 20-dən çox beynəlxalq QHT Azərbaycanın qurumdan çıxarılmasından ötrü MSŞT idarə heyətinə müraciət ediblər.

“Biz Azərbaycanın üzvlükdən çıxarılmasının yox, islahatların tərəfdarıyıq”

“Azərbaycanın qurumdan çıxarılması məsələsi gündəlikdə deyil. Söhbət üzvlüyün dayandırılmasından gedə bilər və bu, tamamilə mümkündür. Biz özümüz MSŞA təşəbbüsü üzrə QHT Koalisiyasının üzvü olaraq Azərbaycanın üzvlükdən çıxarılmasının əleyhinəyik. Biz islahatların tərəfdarıyıq", deyə İbadoğlu bildirib.

Onun sözlərinə görə, hökumət də Azərbaycanın MSŞT-də tamhüquqlu üzvlüyünün bərpa olunmasında maraqlı olmalıdır. Çünki üzvlüyün dayandırılması təkcə ölkənin deyil, Azərbaycan şirkətlərinin beynəlxalq kredit və investisiya reytinqlərinə mənfi təsir edəcək.

Buna da bax: ‘Mədən Şəffaflığı’ rəhbərliyi vətəndaş cəmiyyəti ilə görüşüb

“Əlbəttə, Azərbaycan beynəlxalq maliyyə qurumlarından kredit almaq hüququndan tamamilə məhrum olmayacaq, amma kredit verilməsi şərtləri çətinləşdiriləcək. 2016-cı ilin mayında Azərbaycanın bu qurumdakı statusu bir il müddətinə "qeyri-fəal üzvlüyə" qədər endirilib. 2017-ci ilin mayında təşkilatın Azərbaycanın statusu məsələsinə yenidən baxılacaq”, Q.İbadoğlu vurğulayıb.

Xatırlatma

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) martın 8-dən 9-na kimi Azərbaycanın öhdəliklərini müzakirə edəcək. Ötən il oktyabrın 26-da MSŞT üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edir ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

Buna da bax:​ 'Azərbaycanla Mədən Şəffaflığının standartlarına uyğun davranın'

MSŞT 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb. Həmin vaxt bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

Boqotada Azərbaycanı rəsmi nümayəndə heyəti təmsil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG