Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:45

Ermənistanda seçki kampaniyasına start verildi


Ermənistanda parlament binası.
Ermənistanda parlament binası.

Ötən gün, martın 5-də Ermənistanda seçki kampaniyasına rəsmən start verildi.

AzadlıqRadiosu-nun erməni xidməti bildirir ki, ölkədə parlament seçkiləri aprelin 2-də baş tutacaq. Bu, ölkədə 2015-ci ildə qəbul edilmiş konstitusiya dəyişikliyindən sonra keçiriləcək ilk ümumdövlət seçkisi olacaq. Xatırladaq ki, 2015-ci ildə qəbul edilmiş konstitusiya islahatına görə, 2018-ci ildə, hazırkı prezidentin səlahiyyət müddətinin başa çatmasından sonra ölkənin parlament idarəçilik formasına keçməsi nəzərdə tutulub.

Buna da bax:​ Ermənistanda hakim partiyanın üzvü müxalif namizədi bıçaqlayıb?

RESPUBLİKAÇILAR QƏLƏBƏYƏ İNANIRLAR

Parlament seçkilərinə doqquz siyasi qüvvə qatılır. Onların arasında beş partiya və dörd siyasi blok var: Ermənistan Respublikaçılar Partiyası, Kommunist Partiyası, Daşnaktsutyun, «Azad demokratlar» partiyası, «Erməni dirçəlişi» partiyası, «Yelk» («Çıxış»), «Konqress - Ermənistan Milli Partiyası», «Ohanian - Raffi - Oskanian» və «Tsarukian» blokları.

Ermənistan Respublikaçılar Partiyasının lideri, prezident Serzh Sargsian seçki kampaniyasının ilk günündə deyib ki, Ermənistan regionun ən effektiv və sürətlə inkişaf edən dövləti olacaq. «Opponent və rəqiblərimizə hörmətlə, biz respublikaçılar inanırıq ki, qalib gələcəyik. Qalib gələcəyik, çünki ölkəmizin gələcəyinə, xalqımızın böyük potensialına inanırıq», – deyə Sargsian bildirib.

Buna da bax:​ Ermənistanda seçki rüşvəti artıb

Baş nazir, hakim Ermənistan Respublikaçılar Partiyası sədrinin birinci müavini Karen Karapetyansa öz növbəsində söyləyib ki, partiya konkret proqram təqdim edib və bu proqramın əsasında Ermənistanın gələcəyi və xalqın təhlükəsizliyinə görə məsuliyyət dayanır.

“HAKİMİYYƏT DƏYİŞSİN”

«Ohanian - Raffi - Oskanian» blokunun lideri, Ermənistanın keçmiş xarici işlər naziri Seyran Ohaniansa hakimiyyətin dəyişməsinə çalışacaqlarını söyləyib.

«Biz Konstitusiyanın bizə verdiyi mövcud imkanlar çərçivəsində müvafiq idarəçilik sistemi formalaşdırmağa çalışırıq. Bu o deməkdir ki, əslində, biz elə addımlara gedəcəyik ki, ölkədəki hazırkı hakimiyyət dəyişsin», – deyə Ohanian bəyan edib.

Buna da bax:​ Ermənistanda keçmiş nazirin oğlu və qardaşı oğlu saxlanılıb

Özünün seçki proqramını təqdim edən «Konqress - Ermənistan Milli Partiyası» bloku isə Qarabağ münaqişəsinin sülh yoluyla həllinə fokuslanıb. Blokun üzvü Levon Zurabianın sözlərinə görə, blok seçkilərə sülhün bərqərar edilməsi və möhkəmləndirilməsi proqramı ilə gedir.

«Daşnaktsutyun»un proqramını təqdim edən partiyanın seçkiqabağı qərargahının rəhbəri Argvan Vardanyan söyləyib: «Biz artıq ölkədə keyfiyyətli sistem dəyişikliklərinin başlanğıcını qoymuşuq. Başqaları dəyişikliklərdən danışanda, biz artıq bu dəyişiklikləri gerçəkləşdiririk».

QƏRBƏ DOĞRU

«Tsarukian» bloku öz seçki kampaniyasına sərhədyanı Tavuş vilayətində başlayıb. Blokun proqramını seçicilərə partiyanın parlament fraksiyasının rəhbəri Naira Zohrabian təqdim edib.

Buna da bax:​ Ermənistanın baş naziri geniş iqtisadi islahatlar vəd edir

«Azad demokratlar» partiyası isə seçki təbliğatına başlayan kimi parlamentdə təmsil olunacağı halda ölkəni Qərbə, böyük Avropa ailəsinə doğru aparmağa söz verib.

«Yelk» («Çıxış yolu») blokunun nümayəndəsi Nikol Pashinyan-ın sözlərinə görə, «çıxış yolu var» və blokun seçkilərdə əsas rəqibi «ümidsizlikdir».

«Erməni dirçəlişi» partiyası da kampaniyaya öz seçkiqabağı proqramını təqdim etməklə başlayıb.

Seçki təbliğatı martın 31-dək davam edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG