Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 03:25

Ermənistanın baş naziri geniş iqtisadi islahatlar vəd edir


Ermənistanın baş naziri Karen Karapetian, 13 yanvar 2017

Ölkə müxalifəti iqtisadi islahatlar vədinə şübhə ilə baxır. Onlar deyirlər ki, hökumət xalqın hakimiyyətə qəzəbini yumşaltmaq üçün seçkiöncəsi belə vədlərə əl atır.

Baş nazir Karen Karapetian Ermənistanda fəaliyyət göstərən xarici diplomatların qarşısında bəyan edib ki, ölkə demokratik seçkilər keçirmək, korrupsiya ilə mübarizə etmək, geniş iqtisadi islahatlar aparmaq əzmindədir.

Prezident Serzh Sarkisian-ın bu yaxınlardakı bəyanatını təkrarlayan baş nazir də bildirib ki, aprelin 2-də keçiriləcək Ermənistan parlament seçkiləri “tam yeni keyfiyyət” daşımalıdır. “Seçkilərin şəffaf keşməsi üçün hər şeyə hazırıq”, - o, xarici ölkələrin Ermənistandakı diplomatik missiya rəhbərləri qarşısında çıxış edərkən belə deyib.

Buna da bax: “Gömrük adamın anasın ağladır”

Ötən il Ermənistan rəhbərliyi seçki saxtakarlığının önünü kəsmək üçün müxalifətin dəstəklədiyi bir sıra tədbirlərin həyata keçirilməsinə göstəriş verib. ABŞ və Avropa Birliyi saxtakarlığın qarşısının alınması ilə bağlı addımları bəyənib və bu tədbirlərin icrasına gərəkli milyonlarla dollar maliyyə vəsaitini ödəməyə söz verib. Qərb ölkələri xəbərdarlıq da ediblər ki, seçkilərin ədalətli və obyektiv keçirilməsi, ilk növbədə, Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır.

“Hər şeydən əvvəl özümüz dəyişməliyik”

Karen Karapetian Yerevandakı Qərb, Rusiya və digər xarici ölkə səfirlərinə deyib ki, oktyabrda kabinetini formalaşdırarkən, iqtisadi islahatlar aparacağına vəd edib:

“Əsas iqtisadi vəzifəmiz biznesə yüksək dərəcədə bərabər, açıq və ədalətli şərtlərin olduğu bir ortam yaradaq”. Baş nazir özlərinin də dəyişəcəyinə diqqət çəkib: “Bu baxımdan, elan etdik ki, biz bir çox dəyişikliklər edəcəyik. Hər şeydən əvvəl özümüz dəyişməliyik”.

Ermənistanda gömrük keçid məntəqəsi
Ermənistanda gömrük keçid məntəqəsi

“Vergi və gömrük administrasiyasını sadələşdirəcəyik”

Onun sözlərinə görə, hökumət daxili biznes mühitini yaxşılaşdırmaq üçün öncə vergi və gömrük adminstrasiyasını “sadələşdirəcək”. Karen Karapetian söz verib ki, “ardıcıl addımlar” Ermənistanda hökumət korrupsiyasının miqyasını məhdudlaşdıracaq.

“Vergidən yayınma və korrupsiya əleyhinə mübarizə aparmadan… biznesə ədalətli və şəffaf mühit yarada, inkişafa nail ola bilmərik”, - baş nazir çıxışında bu sözləri də səsləndirib.

Buna da bax: Gömrük möcüzəsi: 1.5 dollara fransız ətri

Oktyabrda parlamentdə Karapetian-ın cabinet üzvləri səsə qoyularkən, korrupsiyaya qarşı mübarizə aparılacağına, daha yaxşı vergi adminstrasiyası və biznes ortamı yaradılacağına söz verilib.

Müxalifət şübhə edir

Ancaq ölkə müxalifəti iqtisadi islahatlar vədinə şübhə ilə baxır. Onlar deyirlər ki, hökumət xalqın hakimiyyətə qəzəbini yumşaltmaq üçün seçkiöncəsi belə vədlərə əl atır.

Karen Karapetian səfirlərlə görüşündə bildirib ki, vəd edilmiş islahatların aparılmasından ötrü beynəlxalq əməkdaşlıq vacibdir və hökumət xarici tərəfdaşların “təklif, məsləhət və tənqidlərinə açıqdır”.

Baş nazir daha sonraxarici ölkə səfirlərinin suallarını cavablandırıb. Hökumətin bəyanatında görüşdə hansı sual və cavabların verilməsi barədə detallar əksini tapmayıb.

Richard Mills , 18 may 2016
Richard Mills , 18 may 2016

“Ermənistanda monopoliya yoxdur”

Karen Karapetian-ın baş nazir təyinatından 100 gün sonra onun hökuməti ölkədə inhisarçılıq olmadığını, kimdəsə bu barədə məlumat varsa, hökumətə bildirməsini bəyan edib.

Dekabrın son günlərində baş nazir ABŞ-ın Ermənistandakı səfiri Richard Mills-lə görüşərək onunla korrupsiya əleyhinə mübarizə prespektivlərini, bu sahədə ABŞ-Ermənistan əməkdaşlığını müzakirə etmişdi.

XS
SM
MD
LG