Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:21

Ermənistanda hakim partiyanın üzvü müxalif namizədi bıçaqlayıb?


Soldan. Naira Zohrabian
Soldan. Naira Zohrabian

“Çiçəklənən Ermənistan” partiyasının deputatlığa namizədi Abram Adamyan bıcaqlanıb.

İnsident Ararat vilayətinin Sayat-Nova kəndində qeydə alınıb.

Bu barədə martın 1-də AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Naira Zohrabian AzadlıqRadiosunun Ermənistan xidmətinə bıcaqlayan şəxsin hakim “Respublika” partiyasının üzvü olduğunu bildirib.

Zohrabian ölkədə seçkiqabağı mübarizənin siyasi müstəvidən kriminal müstəviyə keçdiyini deyir.

Partiyanın Masis şöbəsinin rəhbəri Tigran Stepanyan AzadlıqRadiosu-na Adamyanın xəstəxanada əməliyyat oldunduğunu deyib.

Polis AzadlıqRadiosunun Ermənistan xidmətinə Masis xəstəxanasına 1 yaralı gətirilməsi xəbərini təsdiqləyib.

Ararat vilayətinin qubernatoru Aramais Grigoryansa radio ilə söhbətində onların dost olduqlarını deyib.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək.

Müxalifətdə olan keçmiş müdafiə naziri Seyran Ohanyan vəkeçmiş xarici işlər nazirləri Vardan Oskanyanla Raffi Ovanisyan seçkiyə bir blokda gedirlər.

Blokun seçki siyahısına Ohanyan başçılıq edir.

Ohanyan ötən ilin aprelində DağlıqQarabağda baş verən bir neçə günlük silahlı toqquşmadan sonra müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb və bundan sonra siyasi düşərgəyə qoşulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG