Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 01:36

Elmar Məmmədyarov Moskvaya gedir


Elmar Məmmədyarov və Sergei Lavrov

Xarici işlər naziri Elmar Məmmədyarovun martın 7-də Moskvaya rəsmi səfər edəcəyi bildirilir.

“Turan” Agentliyi xəbər verir ki, səfər Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə baş tutacaq.

Buna da bax:​ Azərbaycan və Qətər arasında sənədlər imzalanıb

Xəbərdə qeyd edilir ki, Rusiya Xarici İşlər Nazirliyi onun səfərinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı olduğunu bəyan edib.

E.Məmmədyarov səfər çərçivəsində rus həmkarı ilə görüşəcək. Onun Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə də görüşü planlaşdırılır.

Buna da bax: Məmmədyarov Qarabağ görüşlərinə optimist yanaşmır

Elmar Məmmədyarov ötən həftə keçirdiyi mətbuat konfransında gözlənilən bu səfərinə toxunaraq rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklərini bildirmişdi.

Səfərin martın 8-də başa çatacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG