Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:33

Məmmədyarov Qarabağ görüşlərinə optimist yanaşmır


E.Nalbandian və E.Məmmədyarov
E.Nalbandian və E.Məmmədyarov

«Təəssüf ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmıram. Ermənistanlı həmkarım da çıxışlarında müsbət bir şey müzakirə etməyə yer qoymur».

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, bütün beynəlxalq təşkilatlar qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünü tanıyır:

Buna da bax-Moskva Qarabağla bağlı yeni üçtərəfli görüş təklif edə bilər

«Gələn ay Moskvaya səfərim zamanı Minsk qrupunun həmsədri kimi Rusiya ilə danışıqlarda bu məsələyə toxunacağam. Hansı addımları atacağımızı müzakirə edəcəyik ki, necə edək ki, status-kvonu dəyişək. Hamı bilir ki, məsələ necə həll olunmalıdır. Danışıqlar masasının üzərində hansı planın olduğunu da hamı bilir. Qoşunlar ilk növbədə kazarmalara qayıtmalıdır ki, sülhü təmin edə bilək. Bu münaqişə region üçün böyük təhlükədir».

LAVROV-LA GÖRÜŞ GÖZLƏNİR

E.Məmmədyarov deyib ki, mart ayında Moskvaya rəsmi səfər edəcək, rusiyalı həmkarı S.Lavrov-la görüşəcək.

Buna da bax-Nalbandian: 'Dağlıq Qarabağın iştirakı olmadan həll mümkün deyil'

O, səfər zamanı ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib. «Nazirlər Kabinetində və Dövlət Dumasında da görüşlərim olacaq. Diplomatik Akademiyada çıxışım nəzərdə tutulub. Lavrov-la iki ölkə arasında münasibətlərin 25 illiyinə həsr olunmuş sərginin açılışını edəcəyik», - deyə E.Məmmədyarov qeyd edib.

HƏMSƏDRLƏR GƏLƏCƏK

Nazir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın ortalarında regiona səfər edəcəklər. «Ötən gün (fevralın 23-ü) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk-lə bunu müzakirə etmişik. Lakin dəqiq tarix, hələlik, məlum deyil», - deyə nazir əlavə edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG