Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

Nalbandian:“Dağlıq Qarabağın iştirakı olmadan həll mümkün deyil"


 Edvard Nalbandian
Edvard Nalbandian

“Dağlıq Qarabağın tərəf kimi danışıqlarda birbaşa iştyirakı olmadan münaqişənin həlli mümkün deyil”.

Bunu RİA Novosti agentliyinə müsahibəsində Ermənistanın xarici işlər naziri David Nalbandian deyib.

Onun sözlərinə görə, bunu vasitəçilər də gözəl başa düşürlər.

“Son illər müzakirə olunan sənədlərdə Dağlıq Qarabağın tərəf kimi hərtərəfli həll razılaşması hazırlaşmasında birbaşa iştirakı nəzərdə tutulur. Azərbaycan tərəfi isə sadəcə başını qumda gizlədərək özünü bilməməzliyə vurur ki, kuya ki, bunu başa düşmür” Nalbandian deyib.

Nalbandianın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən ATƏT sədrinin rəsmi nümayəndəsi regiona səfərləri zamanı tanınmayan respublikanın rəhbərliyi ilə görüşür, Xankəndinin fikrini dinləyirlər.

Foto arxiv
Foto arxiv

“Gördüyünüz kimi, Dağlıq Qarabağ real olaraq danışıqlar prosesinə cəlb olunub, amma hazırkı mərhələdə tam formatda yox, yəni Azərbaycanın istəməməsinə görə Qarabağla Azərbaycan arasında birbaşa dialoq yoxdur”,dyə Nalbandian vurğulayıb.

Nalbandian həmçinin bildirib ki, Azərbaycanın Rusiyadan silah alması Ermənistanın xoşuna gəlmir.

“Əlbəttə Azərbaycanın bizim müttəfiqimizdən (hansı ki, regionda sülh və sabitliyin qorunması yönündə çox səylər göstərir, o cümlədən də Minsk qrupunun həmsədri kimi Ermənistanla əməkdaşlıq etmək) silah alması xoşumuza gələ bilməz”, Nalbandian deyib.

Nazir vurğulayıb ki, öz növbəsində Ermənistan regionda qüvvələr balansının qorunması, yeni zorakılıqlar və yeni müharibəyə yol verilməməsi üçün bütün səylərini qoymaq məcburiyyətindədir.

“O ki, qaldı silah yarışına, Ermənistan yeni müharibə ilə hədələmir, hərbi büdcəsinin həcmi və aldığı silahların sayı ilə loğvalanmır. Bunun nə ilə nəticələndiyini ötən ilin aprelində Azərbaycanın hərbi avantürasında gördük”, Nalbandian deyib.

Xatırladaq ki, 2016-cı il aprelin 2-5-i arası Dağlıq Qarabağdakı təmas xəttində gedən döyüşlərdə hər iki tərəf onlarla itki verib. Azərbaycan və Ermənistan hakimiyyətləri bir-birini atəşkəsi pozmaq, münaqişəni qızışdırmaqda ittiham edir.

Foto arxiv
Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad edildiyini deyir.

Onu da qeyd edək ki, hazırda Dağlıq Qarabağ və Azərbaycanın ondan knar 7 rayonu erməni işğalı altındadır.

Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazisindən çıxması ilə bağlı BMT qətnamələrinə əməl olunmasa və münaqişə sülh yolu ilə həllini tapmasa Azərbaycan öz torpaqlarını lazım gəlsə hərbi güclə azad edəcək.

Qeyd edək ki, «BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi əraziləri hələ də boşaltmayıb.

Azərbaycan hakimiyyəti bunu həll prosesinə başlamağın əsas şərti hesab edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG