Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 08:19

SOCAR-ın təyyarə yanacağı ixracı 6 dəfədən çox azalıb


SOCAR

Bu ilin fevralında Dövlət Neft Şirkəti (SOCAR) 73 min 693 ton dizel və 3 min 983 ton təyyarə yanacağı ixrac edib.

Bundan başqa, 8 min 451 ton yüksək təzyiqli polietilen, 6 min 232 ton maye piroliz qətranı, 5 min 184 ton propilen və 2 min 41 ton butilen butadien fraksiyası göndərilib.

Buna da bax:​ Mazut idxalı rüsumdan azad edildi

Ümumilikdə, 2017-ci ilin yanvar-fevral ayları ərzində 145 min 152 ton dizel yanacağı, 10 min 936 ton təyyarə yanacağı, 16 min 366 ton yüksək təzyiqli polietilen, 12 min 397 ton maye piroliz qətranı, 8 min 292 ton propilen və 4 min 782 ton butilen butadien fraksiyası ixrac edilib.

Ötən ilin fevralı ilə müqayisədə dizel yanacağı ixracı 20 min tondan çox artıb. Təyyarə yanacağı ixracı isə 6 dəfədən çox azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG