Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 06:16

Əfv komissiyası yenə toplaşıb


Arxiv fotosu.

Bu gün, fevralın 28-də Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“Turan” Agentliyinin xəbərinə görə, iclasda əfv edilməsini istəyən 100-dən artıq məhbusun müraciətinə baxılıb. Komissiya üzvləri baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verib.

Xəbərdə qeyd edilir ki, bu il ərzində komissiyada baxılmış müraciətlərin sayı 350-ni ötüb. Komissiyaya göndərilən müraciətlərin ümumi sayı isə 800-dən artıqdır.

Buna da bax:​ 27 siyasi məhbusun adı əfv komissiyasına verilib

Komissiyanın bu həftə yenidən toplanacağı bildirilir.

Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da toplaşmışdı.

Ardınca komissiyanın daha bir iclası olmuşdu.

Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözlədiklərini bildiriblər.

Buna da bax: Novruzda əfv gözlənilir

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva isə Azadlıq Radiosuna bundan əvvəl demişdi ki, siyasi məhbus sayılan şəxslərdən 27-nin adı əfv komissiyasına verilib.

Hüquq müdafiə təşkilatları ümumilikdə ölkədə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər. Siyasi məhbus sayılan şəxslərlə bağlı onların vahid siyahısı yoxdur.

XS
SM
MD
LG