Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:50

Naxçıvanda cəbhəçiyə ağır işgəncə verildiyi deyilir


Yaşar Bağırsoy

Bu gün, fevralın 27-si Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Naxçıvan təşkilatının rəhbəri Yaşar Bağırsoy həbsdə olan qardaşı Zeynalabdin Bağırzadə ilə görüşüb.

Y. Bağırsoya qardaşı cəza çəkmə müəssisəsində ona ağır işgəncələr verildiyini bildirib:

“Bağırzadəyə cəzaçəkmə müəssisəsində 10 gün işgəncə verilib.

Hesab edin ki, axşam saatlarında Naxçıvanda gecə 20 dərəcə soyuq hava şəraitində Bağırzadəni bir gecə yarıçılpaq qarın üstündə əlləri və ayaqları bağlı saxlayıblar. 4, 5 saatdan sonra Bağırzadə hüşunu itirəndən sonra aparıb atıblar tək kameraya ki, orda da istilik sıfırın altında. Ən acısı odur ki, Bağırzadənin bütün orqanlarında ağrılar başlasa da, müalicəsinə şərait yaradılmır. Bağırzadənin fikrindən anladım ki, ona ölümünə işgəncə veriblər. .

Hesab edirəm ki, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında aidiyyatlı dövlət orqanları bu məsələyə reaksiya verəcəklər”.

Buna da bax: Bakıda - Polisi görüb ikinci mərtəbədən tullandı [Video]

Ancaq Yaşar Bağırsoyun bu açıqlamasına, hələlik, istər Muxtar Respublika rəhbərliyinin, istərsə də Penitensiar Xidmətin münasibətini öyrənmək mümkün olmayıb.

Son vaxtlar təcridxana və cəza evlərində müxalifətçilərə, müstəqil fəallara, inanclı insanlara işgəncələr verilməsi ilə bağlı şikayətlər artır. Ancaq bir qayda olaraq hüquq mühafizə orqanları belə şikayətləri qəbul etmir, bunu böhtan kimi dəyərləndirirlər.

XATIRLATMA

AXCP fəalı Zeynalabdin Bağırzadə 2016-cı il fevralın 2-də Babək rayon Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan mərhum edilib. Naxçıvan Ali Məhkəməsi hökmdən verilmiş apellyasiya şikayətini təmin etməyərək qüvvədə saxlayıb.

Buna da bax: Heydər Əliyev Fonduna da üz tutdu, kömək edən olmadı

O, dövlət qulluqçusuna zor tətbiq etməkdə (CM-nin 315-2-ci maddəsi) günahlandırılıb.

Z.Bağırzadə 2015-vi il noyabrın 16-da saxlanıb. Yaxınlarının dediyinə görə, Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları onun xanımına etikadan uzaq söyüşlər söyüblər. Z.Bağırzadə bununla bağlı Fonda gedərək həmin adamları tapıb, həyətindəki hadisəyə görə etirazını bildirib. Daha sonra bununla bağlı prokurorluğa şikayət ərizəsi verib. Sonra isə iş Z.Bağırzadənin özünün əleyhinə çevrilib.

Buna da bax: 'Nardaran işi-3': 'Üzərimdə kitab olsaydı, polisə getməmiş onu gizlədərdim də'

Z.Bağırzadə bundan əvvəl də həbs edilmişdi. O, 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Buna səbəb kimi Çernobıl qəzası ilə bağlı əlliliyi saxta alması, səlahiyyət həddini aşması, sənədləri saxtalaşdırması göstərilirdi. 7 il yarım şərti cəzadan qalan hissə indiki cəzanın üstünə gəlməklə o, 8 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiə təşkilatları Z.Bağırzadəni siyasi məhbus sayırlar.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG