Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:30

'Mən katolik kilsəsinin seksist təşkilat olduğunu əsaslandıra bilərəm'


Katolisizm.
Katolisizm.

Avstraliyanın Yeni Cənubi Uels ştatının keçmiş baş naziri Kristina Keneally "The Guardian"da dərc edilmiş məqaləsində Avstraliyada senator Jacqui Lambie və televiziya aparıcısı Yassmin Abdel-Magied-in son dialoquna toxunub.

Abdel-Magied bu söhbət zamanı Məhəmməd peyğəmbər və “Quran”ın patriarxal təfsirləri barədə danışmışdı.

“TƏHQİR MAŞINI BUNU TƏLƏB EDİR”

"Mən katolik alimiyəm. Mən feministəm. Mən İsanın feminist, katolik kilsəsininsə patriarxal Roma imperiyasının təsiri altında formalaşmış seksist təşkilat olduğunu əsaslandıra bilərəm. Ancaq bu, televiziya tamaşaçıları üçün maraqsız olar", – Keneally yazır.

Buna da bax:​ Papa Fransis ateistlər, cənnət və çirkli biznes haqqında...

Onun sözlərinə görə, Abdel-Magied-in də arqumenti buna bənzər olub. Abdel-Magied “İslam bütün dinlərin arasında ən feminist olanıdır" və "dinlə mədəniyyət arasında fərq var" kimi arqumentlər səsləndirib. Ancaq Keneally yazır ki, belə cümlələr nüansları aydın olsun deyə, açılmış şəkildə, kontekstdə təqdim edilməlidir.

"Təəssüf ki, təhqir maşını daxilində söhbətlər kontekst və nüansı çox da ehtiva etmir", – o yazır.

"Belə görünür ki, ictimaiyyət arasında başını qaldıran hər bir avstraliyalı müsəlman, dünyanın harasında olur-olsun, hər hansı müsəlman ekstremistin törətdiyi hər hansı terror aktına sahiblənməli, onu izah etməli və qınamalıdır. Təhqir maşını bunu tələb edir..."

Buna da bax: Roma Papası: 'Din dövlətlərinin aqibəti pis olur'

HÖKUMƏTİN KATOLİK KİLSƏSİNİN QURBANLARINA TƏZMİNAT ÖDƏMƏSİ

Bəs eyni təhqir niyə Avstraliya katoliklərinə qarşı yönəlmir? Hesablasaq, katolik din xadimləri avstraliyalılara ekstremist müsəlmanlardan daha çox ziyan vurublar. Kral komissiyasına katolik rahiblərinin törətdiyi 4 mindən çox cinsi istismar halı barədə məlumat daxil olub. Allah bilir ki, daha nə qədər belə hal barədə məlumat verilməyib. Həyatlar məhv edilib: intiharlar və ruhi xəstəliklər, dağılmış ailələr, fiziki xəsarət.

Bəs komissiya hər dəfə katolik təhqirinin növbəti qurbanını dinləyəndə niyə təhqir maşını katolik baş nazirdən avstraliyalılara qarşı bu qorxunc və davamlı hücumu qınamasını tələb etmir?

Buna da bax:​ Zəlzələyə 'Allahın cəzası' deyən rahib cəzalandırılıb

Niyə onlar baş nazirin katolik müavinindən vaxtaşırı etiraz səsini ucaltmasını və bəzi katolik rahiblərinin etdikləri ilə əlaqəsi olmadığını bildirməsini tələb etmirlər?

Niyə onlar hökumətin təcili təzminat sxemi hazırlayaraq katolik kilsəsinin qurbanlarına təzminat ödəməsini tələb etmirlər?

Siz Avstraliyanın azadlığının nə cəsarətli müdafiəçilərisiniz", – deyə Kristina Keneally yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG