Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:52

Zəlzələyə 'Allahın cəzası' deyən rahib cəzalandırılıb


İtaliyada zəlzələ
İtaliyada zəlzələ

Populyar katolik radiostansiyası olan «Radio Maria»nın İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələylə bağlı verilişi qalmaqal yaradıb. Radionun aparıcı şərhçilərindən biri olan padre Giovanni Cavalcoli bu dəhşətli fəlakəti eynicinsli nikahlara icazə verildiyinə görə «Allahın bütün ölkəyə göndərdiyi cəza» adlandırıb. Onun bu iddiası təkcə sıravi dinləyicilərin yox, həm də kilsə mənsublarının qəzəbini doğurub.

RAHİBİ EFİRDƏN UZAQLAŞDIRIBLAR

Məsələn, İtaliyanın yepiskop konfransı Dominikan rahibinin bəyanatını «hədsiz bütpərəstlik əlaməti» adlandırıb. Vatikanın «L'Osservatore Romano» qəzeti isə G.Cavalcoli-nin mövqeyini təhqiramiz hesab edib.

Radiostansiya rəhbərliyi aparıcını dərhal efirdən uzaqlaşdırıb. ««Radio Maria» Giovanni atanın zəlzələ faciəsi ilə bağlı dediklərini qəbuledilməz sayır. Bu mövqe elan edilmiş, xristianlığın və Papa Francis-in pastor fəaliyyətinin əsasında duran mərhəmət xəttinə uyğun deyil»,radiostansiyanın bəyanatında deyilir. Radiostansiya canlı yayımda yeraltı fəlakətdən zərər görmüş insanların hisslərini təhqir edə biləcək ifadələrin səslənməsinə görə üzr istəyib, onlarla tam həmrəy olduğunu və onlar üçün dua etdiyini bildirib.

«Radio Maria» beynəlxalq xristian radiostansiyasıdır. Əsası 1983-cü ildə İtaliyanın Arkelasko d'Erba şəhərciyinin kilsəsi tərəfindən qoyulub. 1990-ci ildən bəri radio dünyanın bir çox ölkəsində, o cümlədən Rusiyada yayımlanır. Radionun nizamnaməsində onun könüllülərin fəaliyyəti və radio dinləyicilərinin ianələri sayəsində mövcud olduğu yazılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG