Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Papa Fransis ateistlər, cənnət və çirkli biznes haqqında...


Vatikan - Papa Fransis, 08 fevral, 2017.
Vatikan - Papa Fransis, 08 fevral, 2017.

"Əgər siz insanları istismar edən, ikili həyat sürən, "çirkli" bizneslə məşğul olan xristiansınızsa, bəlkə də özünüzü inanclı adlandırmamaq daha yaxşıdır. ...Belə katolik olmaqdansa, ateistlik yaxşıdır ", – deyə Papa Fransis (Pope Francis) ötən gün – fevralın 23-də Romada bildirib.

"Vəsvəsə nədir? Vəsvəsə bir şey deyib başqa şey eləməkdir"

Katolik kilsəsi vəsvəsə yaratmağı ağır günah hesab edir.

Papanın sözlərinə görə, çirkli pulları yuyanlar, işçilərinin pulunu kəsərək özü dəniz qırağına istirahətə gedən biznes sahibləri belə günaha girirlər.

Buna da bax:​ Roma papası gənclər arasında işsizliyin ləğvinə çağırıb

Papa Fransis cümə axşamı günü oxuduğu ənənəvi moizəyə “İncil”dən bir qissəni də daxil edib. Bu qissəyə görə, Həzrəti İsa deyir ki, başqalarının günaha batmasına səbəb olmaqdansa, suda batmaq yaxşıdır.

VƏSVƏSƏ YARADANLAR

Bu qissədən çıxış edən katolik təfsirində deyilir ki, fırıldağa yol açan biznes liderləri, insanları mənəvi dəyərlərdən uzaqlaşdıran manipulyatorlar və tələbələri yoldan çıxaran müəllimlər də vəsvəsə yaradanlardandır.

Başqa sözlə, başqalarını bilavasitə və ya dolayısıyla yanlış hərəkətlərə yönləndirən insanlar törətdikləri pisliyə görə məsuliyyət daşıyırlar.

Buna da bax: Roma Papası: 'Din dövlətlərinin aqibəti pis olur'

ABŞ-da bəzi katoliklər kilsənin vəsvəsə ilə bağlı mövqeyini abort haqlarını dəstəkləyən siyasətçilər kontekstinə də çıxarıblar. Ancaq kapitalizmdə ifrata qarşı olan Papa Fransis öz tənqidini daha çox tamahkar iş adamlarına yönəldib.

Papanın buna bənzər fikirləri çox zaman xristian doktrinalarının yenilikçi təfsiri kimi dəyərləndirilir. Ancaq Fransisk qədim müzakirəyə də toxunub: Bütün dindarların günahları bağışlanacaq, yoxsa yalnız Yer üzündə yaşayarkən yaxşılıq edənlərin?

YOXSULLARDAN OĞURLANMIŞ QURBANLAR

Papa deyir: "Təsəvvür edin ki, zəngin bir xristian cənnətin qapılarını döyərək deyir: ‘Allahım, mən gəldim. Mən kilsəyə getmişəm, daim sənə yaxın olmuşam, mən bu birliyə aidəm... Verdiyim qurbanları xatırlamırsanmı?’ O zaman İsa ona belə cavab verir:

‘Bəli, xatırlayıram. Qurbanları xatırlayıram. Hamısı çirkli, yoxsullardan oğurlanmış. Mən səni tanımıram’. Bu, Həzrəti İsanın ikili həyat yaşayan, vəsvəsə yaradan insanlara cavabı olacaq".

Buna da bax: Papa Bakıda insan haqları pozuntularına toxunmadı

Papa Fransisin ikiüzlü xristianları hədəfə alması ilk dəfə deyil. Ötən ilin fevralında Papa dindar kimi danışan xristianların başqalarına kömək məqsədilə az iş görməsini "saxtakarlıq" adlandırıb.

"Xristian olmaq – etmək deməkdir. Allahın əmrini yerinə yetirmək. Axirət günü – çünki bizim hamımızın axirəti olacaq – həmin gün Allah bizdən nə soruşacaq? O bizdən soruşacaqmı ki, 'Sən mənim haqqımda nə demisən?’ Yox. O, etdiyimiz şeylər barədə soruşacaq", – Papa deyib.

“CƏNNƏT HƏR KƏSİN ÜZÜNƏ AÇIQDIR”

Papa ateistlərin də adını ilk dəfə çəkmirdi. 2013-cü ildə o demişdi ki, potensial olaraq, cənnət hər kəsin üzünə açıqdır.

Buna da bax:​ Roma Papası: «Təkamül nəzəriyyəsi doğrudur, Allahsa sehrbaz deyil»

"Allah hər birimizin, hər birimizin günahlarını Məsihin Qanı ilə yuyub. Hər kəsin. ‘...Ateistlərin də?’ ‘Hətta ateistlərin də. Hər kəsin!’"

"Biz yaxşılıq edərək bir-birimizlə görüşməliyik. ‘Ata, axı mən inanclı deyiləm, mən ateistəm!’ Sən yaxşılığını elə: hamımız bir-birimizlə orada görüşəcəyik".

Vatikan sonradan açıqlama verərək bildirmişdi ki, Papa, sadəcə, Allahın lütfünün hər kəsə, hətta ateistlərə də açıq olduğunu söyləyib və xristianlarla dindar olmayanları əməkdaşlığa çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG