Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

Papa Bakıda insan haqları pozuntularına toxunmadı


Roma Papası və İlham Əliyev
Roma Papası və İlham Əliyev

Roma Papası Bakıda insan haqlarının pozulmasından deyil, tolerantlıqdan danışdı. «The New York Times» qəzetinin Roma Papası Francis-in Qafqaz səfəri haqda yazısı belə adlanır. Qəzet yazır ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə Papa Azərbaycanı dini tolerantlıq məskəni kimi tərifləyib. Regiondakı münaqişələrə işarə edən Papa keçmişin ağır nəticələrinə və bugünkü gərginliyə üstün gəlməkdən ötrü dini liderləri fəal olmağa çağırıb.

Buna da bax-Papanın Bakıya 9 saatlıq səfərindən gözləntilər

«TƏƏCCÜBLÜ DEYİL, AMMA DİQQƏT ÇƏKİR»

Amma Azərbaycanda insan haqlarıyla bağlı gərginliyə Papa toxunmayıb. «The New York Times» beynəlxalq qurumların Azərbaycan hökumətini jurnalistlərin, siyasi dissidentlərin həbsi, təqibi, vətəndaş cəmiyyətləri qruplarının, hüquq müdafiəçilərinin susdurulmasıyla bağlı sərt addımlarına görə qınadığını yada salır. Qəzet qeyd edir ki, Papa Francis həmişə səfərləri zamanı hökumətləri birbaşa tənqiddən qaçır. Ona görə də onun Azərbaycanda insan haqlarından danışmaması «təəccüblü deyil, amma diqqəti çəkir».

Buna da bax - Roma Papası Bakıda 'Salam əsgər' dedi

Roma Papası Bakıda "Salam əsgər" dedi
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

«The Voice of America» radiosu Katolik kilsəsinin Azərbaycan hökuməti ilə münasibətlərinin yaxşı olduğunu vurğulayır.

«The Wall Street Journal» da Roma Papasının Bakı səfərində dinlərarası dialoq və tolerantlıq məsələlərinə üstünlük verdiyini yazır. Qəzet, eyni zamanda, Papanın prezident İlham Əliyevlə görüşdə fərqli fikirdə olanların haqlarının pozulmamasının vacibliyini vurğuladığını, prezidenti vətəndaş cəmiyyətinin inkişafında göstərdiyi səylərə görə təriflədiyini qeyd edir.

SÜLH MESAJLARI

Papa Francis Bakıda həm də sülhə çağırış mesajları ilə diqqəti çəkib. Yayda Ermənistana səfəri zamanı Papa Azərbaycan liderləriylə Qarabağ məsələsi, sülhə nail olmağın yolları barədə danışacağını vəd etmişdi, «kiçik ərazilərə görə sülhə gəlməmək qəddarlıqdır» demişdi.

Buna da bax-Mehriban Əliyeva Vatikanda görüşlər keçirir

«The New York Times» yazır ki, Azərbaycanda çoxları Francis-in bu sözlərini xoş qarşılamamış, Papanın minlərlə insanın ölümünə səbəb olmuş münaqişəni kiçiltdiyini demişdilər.

Oktyabrın 2-də Roma Papası ilə görüşündə prezident İlham Əliyev bir daha, xalqının humanitar fəlakətlə üzləşdiyini bildirib. Papa isə beynəlxalq aləmi danışıqlara vasitəçilik etməyə çağıraraq, özünü «sülh elçisi» adlandırıb, torpaqlarından didərgin düşənlərin, münaqişədən əziyyət çəkənlərin yanında olduğunu söyləyib.

XS
SM
MD
LG