Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:12

Halal ət fırıldağının üstü açılandan sonra


Halal quş əti (arxiv fotosu).
Halal quş əti (arxiv fotosu).

Britaniyanın Lisester şəhərində halal olmayan hind toyuğu ətini halal qoyun əti adıyla sataraq iri məbləğdə qazanc əldə etmiş şirkətin məhkəməsi gedir.

46 yaşlı Mahmudur Rohman iddia edib ki, o və onun hazırda fəaliyyəti dayandırılmış "Dutch Bangla Direct Ltd" şirkəti müştərilərini aldatmayıb. Şirkət Lisesterdə onlarla restorana və dükana mal paylayıb.

BİR-BİRİNİN ÜSTÜNƏ ATIRLAR

Rohman daha üç nəfərlə birlikdə 2013 - 2014-cü illərdə satılan ətin növünü yanlış təqdim etməklə müştəriləri aldatmaqda suçlanır.

Buna da bax:​ 'Halal ət' dükanını partlatmaqla hədələyən indi 'peşmandır'

Bu şəxslər 56 yaşlı Mohammed Anwarul Hoque, onun 25 yaşlı oğlu Mohammed Zunaid Hoque və 54 yaşlı Kamal Rahman-dır.

Prokurorluq əməkdaşı Kevin Barry məhkəməyə deyib ki, bütün satış qeydləri və mallar barədə məlumatın olduğu noutbuk şirkətdə baş vermiş oğurluq nəticəsində itib.

Müttəhimlər törədilmiş əməli bir-birinin üstünə atmağa çalışırlar.

Mohammed Anwarul Hoque polisə ifadəsində bildirib ki, şirkətdə oğlu işləyirmiş və o, vaxtaşırı oğluna kömək edirmiş. O, ərzağın yanlış adlandırılmasından bilgisiz olduğunu deyib.

Onun oğlu Mohammed Zunaid Hoque isə 2013-cü ilin iyunundan bəri şirkətdə yarımştat sürücü işlədiyini deyib. O da iddia edir ki, satılan ərzağın qoyun əti olduğunu düşünüb.

Buna da bax:​ Amerikada halal qida ticarəti 20 milyard dollarla çatır

DEYİR, XƏBƏRSİZMİŞ

Rohman-sa polis əməkdaşlarına çoxlu hindquşu əti alaraq onu hindquşu kimi satdığını, ancaq Zunaid-in əti qoyun əti kimi qələmə verdiyini deyib.

Kamal Rahman, sadəcə, restoran işlətdiyini, sözügedən şirkətlə heç bir əlaqəsinin olmadığını desə də, şahidlər və müştərilər şirkətin onunla birbaşa sövdələşməsinin olduğunu bildirirlər. Müstəntiqlər şirkətin qaimələrində onun telefon nömrəsini aşkarlayıblar.

Rohman iddia edir ki, "Dutch Bangla" şirkəti, əsasən, hindquşu əti satışı ilə məşğul olub. O həmçinin deyib ki, Hoque-lar onun şirkətində işləməyiblər, sadəcə, müştəri olublar. Kevin Barry isə söyləyir ki, bu, sadəcə özünü baş verənlərdən xəbərsiz kimi göstərmək üçündür.

"O, hindquşunu quzu əti kimi satdığını danır, sənədləri saxtalaşdırdığını danır, ancaq həm də deyir ki, reklam flayerlərinə "halal" loqosu vurmağa ixtiyarı olduğunu düşünüb", – Barry bildirir.

Buna da bax:​ Nəhəng dünya brendləri halal məhsullara keçir

900 MİN DOLLARDAN ÇOX GƏLİR

Sözügedən fırıldağın üstü bu yaxınlarda baş vermiş at əti qalmaqalının araşdırılması zamanı açılıb. Yoxlamalar nəticəsində içərisində quzu əti olduğu bildirilən yeməklərdə hindquşu DNT-si aşkarlanıb.

2012-ci ilin oktyabrı ilə 2014-cü ilin noyabrı arasında şirkətin, əsasən, Almaniyadan kilosu 1 - 1,5 funta (1,24 - 1,86 dollar) 116 ton hindquşu idxal etdiyi və onu quzu əti adı ilə kilosu 4,75 - 7 funta (5,89 - 8,69 dollar) satdığı iddia olunur.

Prokurorluq əməkdaşının sözlərinə görə, hindquşu ətinin quzu əti adı ilə satışından 500 min - 800 min funt arasında (620 min 500 – 992 min 770 dollar) qazanc əldə edilib. O, həmin məbləğin yarıdan çoxunun "Dutch Bangla"nın gəliri olduğunu bildirir.

Buna da bax:​ Pivənin, kolbasanın, viskinin "halal"ı ola bilməz?

Müttəhimlərin dördü də ittihamları rədd edir. Məhkəmə gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG