Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:03

Apreldən Bakı-Tbilisi qatarına gediş haqqı endirilir


Arxiv fotosu.

Aprelin 1-dən “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqını 20 faiz aşağı salacaq.

ADY-nin mətbuat xidmətində bu addımı İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsinin düşməsi ilə izah ediblər.

Buna da bax:​ Hələ "doğulmayan" layihə daha nə qədər pul "yeyəcək"?

Bakıdan Tbilisiyə kimi kupedə gediş haqqı 10 manat ucuz – 35 manat 32 qəpik, SV vaqonda 58.43 manat (-25,3 manat) təşkil edəcək.

Bakıdan Tbilisiyə gedən sürət qatarı hər gün hərəkət edir. Ondan iki ölkə ilə yanaşı, üçüncü ölkələrin vətəndaşları da istifadə edir.

Buna da bax: Hökumət özəlləşdirir, 'Azərbaycan Dəmir Yolları' dirənir

Azərbaycanda qatarlarda gediş haqqı kəskin şəkildə 2015-ci il dekabrın 21-də baş verən devalvasiyadan sonra yüksəlmişdi. Bəzi ekspertlər deyir ki, qatarda gediş haqqı yüksək olduğundan bir çox insanlar son vaxtlar avtobuslara üstünlük verirdilər. Onlar bu addımı da müştəri amili ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG