Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 06:03

Hökumət özəlləşdirir, 'Azərbaycan Dəmir Yolları' dirənir


Dəmir yolu xəstəxanasının bağlanması xəbərinə işçilərin etirazı , Gəncə şəhəri, 17 yanvar 2017

ƏMDK-nın sözçüsü Qulu Xəlilov özəlləşdirməyə açılmış bu obyektlər barədə ADY rəhbərliyinin qəfil ləğv qərarını şərh etməkdən boyun qaçırıb

«Azərbaycan Dəmir Yolları» (ADY) QSC 10 tibb müəssisəsinin ləğv olunacağını açıqlayıb. Maraqlıdır ki, onlardan 6-sı hələ ötən ilin oktyabrında hökumət qərarı ilə özəlləşdirməyə açılmış və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu satışla bağlı zəruri addımlar atmağa başlamışdı.

Buna da bax: Gəncədə xəstəxana işçiləri yolu bağlayıb [video]

Siyahıda 22 obyekt vardı

Ləğv olunan tibb müəssisələri arasında Hacıqabul və Salyan dəmiryol xəstəxanaları, Ucar, Kürdəmir, Lənkəran və Yevlax dəmiryol ambulatoriyaları da var. Onlardan 5-ni kiçik müəssisə kimi hərrac vasitəsilə, birini (Salyan dəmiryol xəstəxanası) səhmdar cəmiyyətinə çevirməklə investisiya müsabiqəsi yolu ilə özəlləşdirmək nəzərdə tutulurdu.

Buna da bax: Əmlak Komitəsinin 1 milyon 200 minlik “xəta”sı

Azərbaycan Nazirlər Kabinetinin binası, Bakı
Azərbaycan Nazirlər Kabinetinin binası, Bakı

Nazirlər Kabineti 21 oktyabr 2016-cı il tarixli sərəncamıilə ADY-nin balansındakı 15 tibb və səhiyyə müəssisəsini özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısına daxil etmişdi. Dəmiryolun balansında olan 22 müəssisə və təşkilatın özəlləşdirilməsinə qərar verilmişdi. Onların arasında Bakı Dəmir Yolu Vağzalının mehmanxanası da var. Mehmanxananın əsaslı təmiri yekunlaşmaqdadır.

ƏMDK susmağa üstünlük verir

ƏMDK-nın sözçüsü Qulu Xəlilov özəlləşdirməyə açılmış bu obyektlər barədə ADY rəhbərliyinin qəfil qərarını şərh etməkdən boyun qaçırıb. Dəmiryolçuların özəlləşdirməyə açılmış Bakı, Gəncə və digər şəhərlərdəki 6 xəstəxanasının və 2 poliklinikanın nə zaman investorlara təklif olunacağı da açıqlanmır.

Buna da bax: 25 minlik səhmə 600 min manat ödənildi

ADY: «O obyektlər başqa məqsədlərlə istifadə olunacaq»

ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AzadlıqRadiosuna bildirib ki, adıgedən tibb obyektləri «təsdiqlənmiş tədbirlər planın icrasını təmin etmək məqsədilə» İdarə Heyətinin fevralın 1-də qəbul etdiyi qərar əsasında ləğv edilib. Qərar verilərkən, qurumun Həkim-Sanitar Xidmətinin təklifləri nəzərə alınıb. Müəssisələrin ləğvi qanunvericiliyin müəyyənləşdirdiyi qaydada aparılacaq. ADY sözçüsü əlavə edib ki, ləğv olunan müəssisələrin əmlakı QSC-nin balansında qalacaq: «Əmlakı ADY-nin digər bölmələri başqa məqsədlərlə istifadə edəcək».

Bakı-Sumqayıt dəmir yolu xəttdinə buraxılan yeni qarat, İlham Əliyev və keçmiş nəqliyyat naziri Ziya Məmmədov qatara baxırlar
Bakı-Sumqayıt dəmir yolu xəttdinə buraxılan yeni qarat, İlham Əliyev və keçmiş nəqliyyat naziri Ziya Məmmədov qatara baxırlar

Bu ildən maliyyələşdirmə kəsilib

«Azərbaycan Dəmir Yolları» QSC-nin səhiyyə müəssisələri uzun illər dövlət büdcəsindən maliyyələşdirilib. Bu ildən maliyyələşdirmə kəsilib. Ötən il poliklinika və ambulatoriyaların saxlanmasına 1 milyon 944,7 min manat (əvvəlki ildəkindən 1,3 faiz az), xəstəxanalara isə 8 milyon 289,7 min manat (əvvəlki ildən 0,8 faiz az) ayrılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG