Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:51

Hələ "doğulmayan" layihə daha nə qədər pul "yeyəcək"?


İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan

►Rəsmilər nikbindir, ekspertlər şübhəli

"Bakı-Tbilisi-Qars dəmiryolu ilə yük daşınması üçün rəhbərlik bir neçə ölkə nümayəndəsi ilə danışıq aparıb”. Bunu“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov AzadlıqRadiosunun suallarını cavablandırarkən deyib.

2007-ci ildə neft gəlirləri əsasında tikintisi başlayan və hələ də tam başa çatmayan Bakı-Tbilisi-Qars dəmiryolunun ölkəyə iri məbləğdə valyuta gətirəcəyi gözlənir.

“Bu ilin ortasına dəmiryolu hazır olacaq”

“Gürcüstan tərəfində işlərin 80 faizi artıq başa çatıb. Sınaq qatarı uğurla Türkiyə sərhəddinə kimi gedib çatıb”, - Nadir Əzməmmədov hökumət layihəsinin bu ilin ortalarında başa çatağını söyləyir.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə tərəfində işlər tamamlanmaq üzrədir:

“Bundan sonra üç ölkə arasında yenidən görüş olacaq və yükdaşıma və sərnişin daşımaları üzrə tariflər müəyyənləşəcək”.

Buna da bax: İslamçı fəal həbs olundu

“Danışıqlar gedir”

500 milyon dollardan çox vəsaitin xərcləndiyi bu dəmiryolu əsasən tranzit yükdaşımalarına hədəflənib. Ancaq hələ ki, bu xəttin xidmətindən istifadə edəcək ölkələr bəlli deyil:

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri İran, Rusiya, Qazaxıstan, digər Orta Asiya respublikaları, Çinlə danışıqlar aparır. Yüklərin cəlb olunması istiqamətində işlər görülür”.

Hökumət gözləyir ki, Çindən gələn yük Qazaxıstan-Azərbaycan-Tbilisi-Türkiyə üzərindən Avropaya çıxacaq və ölkə tranzit daşınmalarından yüksək mənfəətəldə edəcək.

Nadir Əzməmmədov qeyd edir ki, Bakı-Tbilisi-Qars-ı digər alternativ marşrutlardan qısa və təhlükəsizlik baxımından əlverişli olmağı ilə fərqləndirirlər.

“Dəmiryolu ilə tranzit daşınmalar azalıb”

Ancaq dəmiryolu ilə yükdaşıma artıq cəlbedici görünmür. Ötən ilin dekabrında iqtisadi inkişaf naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bildirib ki, Çin - Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan və Qara dənizi əhatə edən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 2010-2014-cü illər ərzində dəmiryolu vasitəsilə tranzit yük daşımalarının illik həcmi 45 faiz azalaraq 8,3 mln. tondan 4,5 mln. tona enib.

Belə olan halda Bakı-Tbilisi-Qars dəmiryolu xətti azalan neft büdcəsini doldura biləcəkmi?

Buna da bax: Araz Ağalarov "krallar" siyahısında 7-cidir

“Əgər alternativ marşrutlar olmasaydı…”

Rəsmilərin nikbinliyi ilə müqayisədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban pessimistdi, o, bu layihənin indidən özünü doğrulmadığı qənaətindədir:

“Azərbaycan milyonlarla vəsait töküb Gürcüstanın dəmiryolunu yenilədi, ancaq hələ də ortada bir iş yoxdur”.

Dəmir yolu ilə yükdaşımalar belə sərfəlidirsə, Azərbaycan Qafqazda Çin mallarının ən böyük istehlakçısıdır - indiyə qədər iş adamları, ən böyük firmalar niyə Çindən qatarla mal vurmurlar Bakıya?

İlham Şaban deyir ki, ildə bu marşrutla 30-35 mln ton yük keçəcəyi və hər tondan da 30 dollar ölkənin gəliri olacağı barədə proqnozların doğrulacağına inanmır:

“Deyirlər ki, nəticədə tranzitdən $1 mlrd cıvarında gəlir götürmək mümkün olacaq. Çini Avropaya bağlayacaq alternativ marşrut olmasaydı, bu, mümkün olardı. Bu gün Çin yükləri Avropaya dəmiryolu ilə həm TranSib ilə, həm də Qazaxıstan-Rusiya marşrutu ilə daşınır. Sonuncu 1000 km qısadır və 2014-cu ildən işə düşüb. Avropaya gəmi yolu ilə 2 marşrut var: həm Hind Okeanı üzərindən və cəmi 5 aydır işləyən, Şimal Buzlu Okean üzərindən keçən yol”.

“Müştəri tapmaq çətin olacaq”

İlham Şaban deyir ki, artıq belə alternativ marşrutlar varkən Bakı-Tbilisi-Qars-a müştəri tapmaq çətin olacaq:

“Hansısa türk şirkəti Çindən alacağı malı niyə dəmiryolu ilə gətirsin? Bu gün dünyada ən sərfəli daşınma dəniz yoludur, sonra da quru yol. Dəmir yolu ilə yükdaşımalar belə sərfəlidirsə, Azərbaycan Qafqazda Çin mallarının ən böyük istehlakçısıdır - indiyə qədər iş adamları, ən böyük firmalar niyə Çindən qatarla mal vurmurlar Bakıya? Qazaxıstana gedən dəmiryolu da olub, Türkmənistana gedən bərə də”.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti hələ iki-üç il əvvəl təhvil verilməli idi. 9 ildir “doğula bilməyən” bu layihə azalan neft gəlirlərinin daha nə qədərini “yeyəcəyi” isə hələ də sual altındadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG