Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Araz Ağalarov "krallar" siyahısında 7-cidir


Araz Ağalarov
Araz Ağalarov

-

Forbes jurnalının rus versiyası Rusiyada "daşınmaz əmlak kralları reytinqi"ni elan edib. Birinci yerdə Azərbaycandan olan milyarderlər -Zarax İliev və Qod Nisanovdur. Onların "Kiyevskaya ploshad" şirkətinin icarədən illik gəliri 1 milyard 115 milyon dollar olub.

Moskvada keçən il açılan Moskvarium adlı okeanarium da onlarındır. Forbes.ru yazır ki, 53600 kv m sahəsi olan bu okeanariumun açılışına Putin də gəlmişdi. Onu tələbə yoldaşı İlham Rəhimov da müşayət edirdi.İlham Rəhimov "Kiyevskaya ploshad"-ın bəzi obyektlərinin şərikli sahibidir.

Crocus Qrupun rəhbəri Araz Ağalarov krallar siyahısında 7-cidir. Onun başçılıq etdiyi Crocus Qrupunun icarədən illik gəliri 365 milyon dollardır. Ancaq Forbes.ru-nun məlumatının sonunda bir bənd də var. Orda deyilir ki, qrupun borcu 1,4 milyard dollardır.

Nazirliklərin qarşısındakı bahalı xidməti maşınlar...
Gözlə

No media source currently available

0:00 0:14:17 0:00

XS
SM
MD
LG