Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:02

Yanvarın 30-da Azərbaycan prezidenti İlham Əliyev regionlarla bağlı konfransda ölkənin ərzaqla təminatının yüksək səviyyədə olduğunu söyləmişdi.

Prezident bildirmişdi ki, mal əti ilə özümüzü 95 faiz, qoyun əti ilə 99 faiz təmin edirik. O, kərə yağı təminatının da 76 faiz səviyyəsində olduğunu, bunun 10 faizinin xaricdən gətirildiyini demişdi. Buğda təminatının - 53 faiz (23 faizi xaricdən gətirilir), arpanın - 102 faiz, qarğıdalının - 71 faiz, soyanın - 4 faiz olduğunu söyləyən prezident, meyvə və giləmeyvə ilə təminatın 102 faiz olduğunu bildirmişdi.

Buna da bax:​ Mal əti qalxdı...

Prezident Azərbaycanın bütün növ tərəvəzlə özünü 96 faiz təmin etdiyini deyən prezident digər ərzaq növləri ilə təminatdan da danışmışdı: "Kartofla təminat 86 faizdir, bu, bir az aşağı düşüb. Şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var. Şəkər çuğundurunun əkilməsi, becərilməsi, şəkər hazırlanması üzrə Dövlət Proqramı hazırlanıb. Balla 97 faiz təmin edirik”.

DGK-nın rəqəmləri nə deyir?

Buna da bax:​ Gömrük ödənişləri artıb

Dövlət Gömrük Komitəsinin (DGK-nın) xarici ticarətlə bağlı rəqəmləri prezidentin söylədiklərini inkar edir. Bu ilin yanvarında prezidentin vurğuladığı bəzi ərzaq məhsullarında idxalın artım tempinə baxanda, xaricdən gətirilən ət 97.97 faiz, kərə yağı 200 faizdən çox (2.2 dəfə), buğda – 300 faizdən çox (3.4 dəfə), çay 200 faizdən çox (2.2 dəfə) şəkər 37 faiz, süd 0,54 faiz artıb. Azərbaycanda istehsal edilən əksər məhsulların, şəkər, un və ağartının xammalı idxaldan asılıdır.

Buna da bax:​ Ən çox bahalaşan 10 ərzaq

Ekspertlər də yerli istehsal adı ilə mağazalarda satılan məhsulların böyük əksəriyyətinin xammalının xaricdən gətirildiyinə diqqət çəkirlər. Məsələn, marketlərdə ən çox yerli mal kimi satılan məhsullardan biri çaydır. Ölkədə bu qədər çay yetişdirilmədiyindən, həmin məhsul xaricdən alınır. Üstəlik, bu çay dollarla alınırsa, manat dəyərsizləşdikcə, təbii ki, onun qiyməti də yüksələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG