Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:31

Bu ilin yanvarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 173 milyon 653.49 min manat daxil olub.

Komitənin açıqladığı statistikaya görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 70 milyon 26.83 min manat artıb.

Ötən ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə 44 milyon 217.05 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 124 milyon 631.39 min manat, aksizlər üzrə də 2 milyon 691.77 min manat daxil olub.

Bundan başqa, yol vergisi üzrə gömrükdən 2 milyon 113.27 manat büdcəyə köçürülüb.

Ekspertlər gömrükdən büdcəyə ödənişlərin artmasının səbəbini idxalın nizama salınmasında (qeydiyyat) və devalvasiyada görürlər.

Məsələn, devalvasiyanın olmadığı 2013 və 2014-cü illərin yanvar ayında DGK-nin büdcəyə ödənişləri bundan 2 dəfə aşağı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG