Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 04:41

Bu gün, fevralın 21-də xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə səfər edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, E. Məmmədyarov fevralın 22-də Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda təşkil olunacaq beynəlxalq konfransa qatılacaq.

Konfransı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universiteti təşkil edir.

Buna da bax:​ Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq

Konfransda Azərbaycan və Türkiyə rəsmiləri çıxış edəcək.

Elmar Məmmədyarov səfər çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.

Xatırlatma

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

Buna da bax: Sekuta Xocalı köçkününün qonağı olub

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG