Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Bu gün, fevralın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta (Cekuta) Xocalıdan olan məcburi köçkün ailəsi ilə görüşüb.

Bu haqda səfirliyin sosial şəbəkələrdəki səhifələrində məlumat verilir.

Məlumatda bildirilir ki, səfir məcburi köçkün ailəsi başçısı Tofiq Cəbrayılovla görüşüb.

T.Cəbrayılovun kiçik mağazasını ziyarət edən səfir onun evinə də qonaq gedib.

Buna da bax:​ ABŞ səfiri Qarabağ münaqişəsindən danışdı

Səfir T.Cəbrayılovun təcrübəsi, 1992-ci ilin fevralın 26-da Xocalıda baş verən faciəli hadisələrdən sonra onun həyatı haqda söhbət edib.

T.Cəbrayılov səfirə kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaqdan ötrü gördüyü işlərdən danışıb.

“Biz keçmişdə yaşananları heç vaxt unutmamalıyıq. Daimi yol axtararaq irəli addımlayan və ailələrindən ötrü zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyuram”, səfir deyib.

Buna da bax:​ Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq

Səfir, həmçinin söhbət zamanı ABŞ hökumətinin bu hadisələrdən əziyyət çəkən azərbaycanlılara kömək etməkdə davam edəcəyini qeyd edib.

Xocalı faciəsi

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Buna da bax:​ Cibuti Xocalı faciəsini soyqırımı kimi tanıyıb

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG