Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 04:08

Rövşən Hacıbəyli prokurorluqda dindirilib


Rövşən Hacıbəyli

Bu gün, fevralın 21-də «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Bu haqda jurnalistin özü məlumat verib.

R.Hacıbəylinin deməsinə görə, ona qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.

Fevralın 18-dən 20-nə kimi «Azadlıq» qəzetinin 6 əməkdaşı - İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova prokurorluqda müstəntiqin suallarını cavablandırmalı olmuşdu.

«Azadlıq» qəzetinin əməkdaşları qəzetin kommersiya direktoru Faiq Əmirlinin həbsindən sonra istintaqa cəlb ediliblər. Onlar bundan əvvəl də F.Əmirlinin cinayət işi ilə bağlı dindiriliblər.

XATIRLATMA

Ötən il avqustun 20-da saxlanan F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Faiq Əmirli «Azadlıq» qəzetinin maliyyə direktoru olmaqla yanaşı, AXCP sədrinin köməkçisi vəzifəsini də daşıyırdı. Onun həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır.

Vəkillərinin bildirməsinə görə, F.Əmirlinin həbsindən bir müddət sonra müstəntiqlər ondan qəzetin maliyyə məsəllərini soruşublar. O isə bu məsələnin rəsmi ittiham olunduğu maddələrə aid olmadığını səbəb göstərərək, suallara cavab verməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG