Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:09

'Qondarma 'referendum' danışıqlar prosesinə xələl gətirir'


Xarici İşlər Nazirliyi

“Siyasi təxribat məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “referendum”un keçirilməsi Ermənistanın özünü və beynəlxalq ictimaiyyəti aldatmaq, danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fevralın 20-si Dağlıq Qarabağda separatçı rejimin referendum keçirilməsi ilə bağlı şərhində belə deyilir.

Buna da bax:​ Dağlıq Qarabağda qondarma referendum keçirilir

XİN sözçüsünün şərhində referendumun Azərbaycanın qanunlarına, beynəlxalq hüququn prinsiplərinə və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyinə zidd olduğu vurğulanır.

“Ermənistanın bu qanunsuz “referendum”u kimlərinsə müşahidə etməsi barədə iddiası gülüncdür. Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən bu qanunsuz “referendum”u müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib”, açıqlamada deyilir.

Buna da bax:​ 'Aprel hadisələrinin təkrarlanması ehtimalı azdır'

XİN bundan əvvəl də bəyanat yayaraq fevralın 20-də Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum ” keçirilməsi təxribat adlandırılmışdı.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax: Minsk qrupu Qarabağ referendumunun nəticələrini tanımayacaq

İstər Azərbaycan, istərsə də dünyanın heç bir ölkəsi Dağlıq Qarabağda elan edilən separatçı respublikanı tanımır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG