Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:42

Sovet Gürcüstanı haqda film çəkmiş rejissor "Berlinale"də iştirakından danışır


Gürcü rejissoru Rezo Gigineishvili.

Bu il 67-si keçirilən Berlin Beynəlxalq Kino Festivalının ən çox maraq doğuran filmlərindən biri də gürcü rejissoru Rezo Gigineishvili'nin “Girovlar” filmidi. Premyerası “Panorama” proqramı çərçivəsində baş tutan film Rusiya, Gürcüstan, Polşanın müştərək istehsalıdıvə 1983-cü ildə baş vermiş real hadisələr əsasında çəkilib.

Rejissor Rezo Gigineishvili "proficinema.ru" portalına verdiyi müsahibədə filmin ideyasının necə yarandığı və həqiqətin dramaturgiya qanunlarından daha vacib olduğu barədə danışır.

- Bu filmin çəkilişlərinə yeddi il hazırlaşmısınız. Məhz, bu hadisəyə müraciət etmənizə nə səbəb oldu?

- Bu, çox aktual bir mövzudu, əks-sədası Gürcüstanda hələ də hiss olunur, baxmayaraq ki, həmin faciəvi hadisələr 34 il əvvəl baş verib. “İdeya qəflətən ağlıma gəldi, dərhal da film çəkməyə qərar verdim” deyə bilmərəm. Yəqin, məsələ səbəb və düşüncələrin üst-üst düşməyindədi. Həyat, müxtəlif mərhələlərində insanda bu və ya digər mövzuya qarşı həssaslığı artıran müəyyən izlər buraxır. Yaşım artdıqca içimdəbəzi şeylər dəyişib. Buna daha çox valideynlərimi itirməyim səbəb olub. Elə buna da görə də komediya kimi yüngül janra marağım azaldı. Daha doğrusu, bilmirəm, peşəkar nöqteyi-nəzərdən bu janrda başqa nə demək olar. Mən, “Ləhcə ilə danışan sevgi” və “Sərhədsiz” filmlərimi sevirəm, ancaq həyatımın hazırkı mərhələsində emisonal səviyyədə başqa janra müraciət eləmək tələbatım yarandı. “Girovlar” filminin ideyasını belə gəldi ağlıma. Bir neçə dəfə ondan imtina elədim, sonra yenə qayıtdım. Əziyyətli bir seçim idi, çünki həddindən artıq həssas mövzudu. Baş verənləri anlayıb analiz eləmək üçün məsələnin tarixinə dərindən baxmaq lazımdı. Ümumilikdə, elə alındı ki, bu mövzu içimdə yetişdi və bir gün hər şey üst-üstə düşdü- mənim daxili vəziyyətim, mövzu, fakturanın dərki və əhvalatın özü məni ardınca apardı.

Buna da bax: Qırğız və gürcü filmləri Berlinaledə. Azərbaycan yenə yoxdur...


- Filmin ikinci ssenari müəllifi Lasha Bugadzedi. Onunla əməkdaşlığınız necə alındı, funksiyaları necə bölmüşdünüz? Ssenarini yazanda əsas prinsipiniz nə idi, hansı ideyaları əsas götürmüşdünüz?

Rezo Gigineishvilinin "Girovlar" filmindən bir kadr.
Rezo Gigineishvilinin "Girovlar" filmindən bir kadr.

- Ən çətin iş materialla təkbətək qalanda qərar verməkdir. Filmin həmprodüserlərindən biri, gözəl rejissor və son dərəcə təcrübəli müəllim Boris Frumin ssenarinin strukturunu qurmağa yardım elədi. Struktur arxiv materialları və istintaq protokollarına əsaslanırdı. Sənədlərlə tanış olandan sonra hadisənin iştirakçıları ilə görüşdük və hiss elədik ki, mövzunun ağır olmasına baxmayaraq, onların hər biri ürəyini boşaltmaq istəyir. Bizə elə gəlirdi ki, müsahiblərimiz vaxtilə yaşadıqları faciənin bütün detallarını yaddaşlarında bərpa eləyə-eləyə bu illər ərzində yığılmış emosiya, fikir, gərginlik yükündən azad olurlar. Çünki 34 il ərzində faciə haqqında o qədər əfsanə yaranıb ki, əsl şahidlər sanki daha heç kimə maraqlı deyil. Daha sonra gözəl ssenarist və dramaturq Laşa Bugadzeyə müraciət elədim. İkimiz üçün də həmin illərin Tbilisisini yaxından tanımaq və anlamaq vacib idi. Biz əhvalatı təfərrüatlarla, gürcü koloriti ilə,uşaqlıqdan xatırladığımız hər şeylə zənginləşdirməyə başladıq. Dramatik fəndlərlə jonqlyorluqdan imtina eləmək, öz daxili musiqimizin və intonasiyamızın ardınca getmək qərarına gəldik. Filmdə həyat həqiqəti və aktyorların davranışını “Yaxşı ssenari necə yazılmalıdı” adlı dərslikdə göstərilən dramaturgiya qanunlarından üstün tutmağa çalışdıq. Biz 1982-ci ilin Tbilisisinin atmosferinə “yuvarlanmaq” istəyirdik.


- Aktyorları necə seçirdiniz? Onlardan bəziləri ilə əvvəlki layihələrinizdə əməkdaşlıq eləmisiniz, digərləri ilə ilk dəfə birgə işləmisiniz.

- Mən 18-30 yaş arası bir neçə gənc aktyor tapmalı idim. Kastinq ssenari tamamlanmazdan xeyli əvvəl başlamışdı. Amma biz nə haqda çəkəcəyimizi, qəhrəmanların necəolmalı olduqlarını bilirdik. Bir neçə min insan nəzərdən keçirmişdik. Ancaq çəkəcəyimiz aktyorları seçəndən sonra Lasha ilə replikaları konkret aktyorlara uyğun şəkildə dəyişdik ki, mətn onların təbiətlərinə uyğun gəlsin. Yəni bizə əvvəlcə insanın təbiətini anlamaq, sonra onun üçün konkret dialoqlar yazmaq daha vacib idi.Əlbəttə, deyə bilərsiniz ki, subtitrləri oxuyan adamlar onsuz da bunun fərqinə varmayacaqlar, amma məndən ötrü, məhz,bu yanaşma prinsipial dərəcədə əhəmiyyətliydi, çünki dili başa düşməsən belə, nitqin melodiyasında sünilik varsa, mütləq onu eşidəcəksən.

- Filmdə qeyri-peşəkar aktyorlardan da istifadə eləmisiniz. Onlardan hansını xüsusi qeyd eləmək istəyərdiniz?

- İzlədiyim və sevdiyim italyan neorealizminə aid filmlərin əksəriyyətində qeyri-peşəkar aktyorlardanistifadə olunub. Arxasında həqiqət dayanan və aktyorun bu və ya digər rola təsdiqində əsas faktor olan bütün filmlərdə. Digər tərəfdən “Girovlar”da əsl peşəkarlar da oynayıblar: Darejan Kharshiladze, Merab Ninidze, Avtandil Makharadze, Mixail Gomiashvili və başqaları. Bizim oxumağı yaxşı bacaran musiqili xalqımız çox həssas qulağa sahibdi və süniliyə əla reaksiya verir. Ona görə də mənə elə gəlir ki, hər kəsin özünəməxsus şəkildə fərqlənə bildiyi, amma yorğanı öz üzərinə çəkmədiyi bir ansambl toplamağa nail olmuşuq. Nəticədə çoxsəsliliyi əldə eləmişik. Mən aktyorlardan heç birini fərqləndirmək istəməzdim, çünki bu filmdəki bütün aktyor ifalarını sevirəm.

Buna da bax: 67-ci "Berlinale" film festivalı bu gün başlayır


- Gənc aktyorlarla iş prosesindən hansı təəssüratları aldınız? Bir rejissor kimi özünüz üçün təzə nə kəşf elədiniz?

- Onların enerjisi mənə elə yoluxurdu ki, çəkilişlərin ağır keçməsinə baxmayaraq, qətiyyən yorulmurdum. Onların enerjisi, idealizmi adamı heyran eləyir! 12 saatlıq çəkiliş günü ilə kifayətlənmirdilər, işlərinə böyük məsuliyyətlə yanaşırdılar. Məsələn, baş rolun ifaçısı Irakli Kvirikadze məhkəmə səhnəsinin çəkilişləri ərəfəsində özü qərar verdi ki, səhnə çəkilənə qədər iki həftə yemək yeməyəcək. Və bu lovğalıq deyil, obrazın inandırıcı və tam olması üçün öz məsuliyyətinin dərki, materialı özünə hopdurmaqdı. Kimsə deyə bilər ki, bəlkə istedadını, ya da peşəkarlığını işə salaydı? Cavab verirəm: əsl istedad budu- öz işinə axıra qədər sadiq olmaq.

Rezo Gigineishvilinin "Girovlar" filmindən bir parça.


-Sovet dövrünü necə yaratmışdınız? Dövrün ruhunu canlandırmaq çətin idimi?

- Yəqin ki, istehsalat prosesinin ən mürəkkəb məqamlarından biri idi. Sovet İttifaqı bizim şüurumuzdan hələ silinməyib, çünki müəyyən mənada hələ ordan çıxa bilməmişik. Ancaq maddi anlamda onun izləri günbəgün daha da azalır. Götürək elə TU-134 təyyarəsini. Bu təyyarələrin böyük əksəriyyəti istifadədən yığışdırılıb, ya da başqa ölkələrə satılıb və s.və i. Bu modeli tapmaq çətin oldu - Rusiyada və postsovet məkanında axtarışlara il yarım sərf elədik. Özü də bizə işlək təyyarə lazım idi ki, Gürcüstana uça bilsin. Burdan yeni problemlər yarandı: qadağan olunmuş mühərrik, Gürcüstan ərazisinə uçmağın qeyri-mümkünlüyü, hələ bir təhlükəsizlik xidmətinə təyyarənin niyə sovet bayrağı ilə uçduğunu izah eləmək lazım idi. Bundan əlavə Permdən aldığımız istifadədən çıxarılmış digər təyyarəni parçalara ayırıb gətirməli və pavilyonda təkrar yığmalı idik. Çəkilişlərin Moskvadakı hissəsinə cavabdeh olan gözəl rəssamımız Fyodr Savelyev bu işin öhdəsindən qüsursuz şəkildə gəldi. Gürcüstandakı çəkilişlərdə isə son dərəcə istedadlı rəssam Kote Japaridze qeyri-adi məkanlar tapmışdı. Ancaq tez-tez elə olurdu ki, çəkiliş üçün təsdiqlənmiş məkanın sahibi qəflətən oranı təmir eləmək və sovet mozaikasını ağ rəngə boyamaq qərarına gəlirdi. Düşünürəm ki, həmin dövrə şəxsi münasibətinizdən asılı olmayaraq, onun qoyduğu izləri məhv eləməyə ixtiyarınız yoxdu. Tarixi qorumaq lazımdı. Təbii ki, gündən-günə yollarda azalan sovet maşınlarını, yol işarələrini, elanları, işıqforları da axtarmalıydıq. Əlbisə üzrə rəssam Tinatin Kvirikadzenin rəhbərliyi altında 1400 orijinal kostyum tikilib. Operator Vladislav Opelyansla birlikdə bütün elementlərin lazımi tonda olmasına nəzarət eləyirdik ki, sonra postprodakşn mərhələsində təsvirin rəng korreksiyasında çətinlik çəkməyək. Rəngli təsvir əvvəldən filmin xarakterinə uyğun olmalıdı. Hər şey birlikdə “yaşamalıdı” – kostyumlar da, interyer də, işıqlanma da.


- Film Gürcüstan, Rusiya və Polşanın müştərək istehsalıdı. Rusiya və Gürcüstanın iştirakı məntiqlidi, bəs bu layihədə Polşanı cəlb eləyən nə idi? Filmin prodüserlərindən biri olan İeva Pushchinska istehsalata hansı mərhələdə qoşulmuşdu?

Rezo Gigineishvili film çəkilişləri zamanı.
Rezo Gigineishvili film çəkilişləri zamanı.

- Mənim üçün müştərək istehsalat yeni və həddindən artıq maraqlı təcrübədi. Qəribə də olsa, məhdud imkanlar filmə faydalı ola bilirmiş – yeni nələrsə kəşf eləməyə məcbur qalırsan. Prodüserlərimizdən biri, əvvəllər Gürcüstan Kino Mərkəzinə rəhbərlik eləmiş, öz sahəsində əsl peşəkar olan Tamara Tatishvili dedi ki, müxtəlif beynəlxalq platformalarda layihənin təqdimatını keçirməliyik. Onunla birlikdə böyük xarici festivalları, kinobazarlarını gəzməyə, pitçinqlərdə iştirak eləməyə başladıq. Sarayevo festivalındakı təqdimatımız müxtəlif ölkələrin kinosənayesində çalışan mütəxəssislərlə əlaqələrqurmaq baxımından çox faydalı oldu. Sonra Berlində “Berlinale Co-production Market”-ə düşdük. Bu tip nəhəng, ixtisaslaşmış meydançalara çıxanda iş təkcə ortaq, ya da pul axtarışları ilə məhdudlaşmır. Pitçinq prosesinin özü də səmərəlidi – layihəni daha yaxşı dərk eləməyə, ona yeni gözlə baxmağa, daha yaxşı eləməyin yollarını anlamağa yardımçı olur. Üstəgəl, təcrübəli prodüserlərin, satış agentlərinin məsləhətləri də son dərəcə vacibdi, materialın zəif yerlərini tapmağa kömək eləyir. Belə görüşlərin birində “Oskar” mükafatı laureatı olan “İda” filminin prodüseri Ieva Pushchinska layihəmizlə maraqlandı. Nəticədə Polşa Kino Mərkəzi bizə dəstək verdi, sonra da Sarayevo Beynəlxalq Kino Festivalının “Work in Progress” proqramında iştirak elədik, orda əvvəldən çəkilmiş bir neçə səhnəni göstərdik və pul mükafatı qazandıq. Belə tədbirlərdə iştirak eləmək çox vacibdi, çünki film peşəkar cameənin gözləri önündə inkişaf edir və həmin cameənin üzvlərinin əksəriyyəti bəlkə özləri də bilmədən bu prosesdə iştirak eləyirlər.

Buna da bax: Gürcüstan Berlinale film festivalında üç filmlə təmsil olunacaq


- “WOLF” beynəlxalq satış agentliyi və “WEST END” beynəlxalq distyubyutor şirkəti hələ Berlindəki dünya premyerasından əvvəl filmin satış və distryubyusiyasını öz üzərlərinə götürmüşdülər.Onları həmin kinobazarlarında tapmışdınız, yoxsa layihənin inkişaf prosesində?

- Bəli, buna layihənin müxtəlif peşəkar platformalarda iştirak etməsi sayəsində nail olduq. Layihə diqqət çəkdi. Filmi çəkəndən sonra satmağa çalışmaq o qədər də düzgün strategiya deyil. Biz müxtəlif təkliflər alırdıq və ortaq qismində “WEST END” şirkətini seçdik. Bir rejissor və prodüser kimi mən istəyirəm ki, distryubyutor filmə vurulsun, ona formal yanaşmasın, kəmiyyəti artırmaq üçün kataloquna yerləşdirməklə kifayətlənməsin. Müəllif kim o da filmi bütün dünyada böyük auditoriyalara göstərməkdə maraqlı olsun. Seçdiyimiz şirkət işə, məhz, belə yanaşır.


-Siz, Gürcüstanda hələ də yaxşı xatırlanan hadisə haqqında danışırsınız. Ancaq dünyanın qalan hissəsi üçün bu, ya az tanınan, ya da tamamilə naməlum olan tarixi faktdı. Necə fikirləşirsiniz, Gürcüstan sakinlərinin filmə reaksiyası ilə, məsələn, Berlinale premyerasında filmə baxan tamaşaçıların reaksiyası bir-birindən fərqlənəcəkmi?

- Mənim üçün bu mövzuya müraciət eləmək – nəhəng bir ölkənin son illərini analiz eləmək,keçən əsrin 80-ci illərində insanların necə yaşadıqlarını araşdırmaq cəhdidi. Bizə baş verən faciənin kontekstində personajların münasibətlərini, ideallarını, məişətlərini, qorxu və ümidlərini müşahidə eləmək maraqlıdı. Məndən ötrü, süjetin mərkəzində dayanan hadisələrmüəyyən mənada o böyük ölkənin niyə dağılmasının izahıdı. O dağıldı və biz tamamilə başqa dünya və başqa sınaqlarla üzləşdik. Mən, bütün dünyada auditoriya ilə, məhz, bu barədə danışmaq istəyirəm. Məndən ötrü filmin Berlinale çərçivəsində nümayişi – öz auditoriyamı tapmaq şansıdı. Bir film, tamaşaçı onu görəndə doğulur və festivalın “Girovlar” filmini necə qəbul edəcəyi mənim üçün çox maraqlıdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG