Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:27

67-ci "Berlinale" film festivalı bu gün başlayır


Berlinale film festivalının mekafatları.

Bu il 67-cisi baş tutacaq qısa adı "Berlinale" olan "Berlin Beynəlxalq Film Festivalı" bu gün fevralın 9-u başlayır. Festival fevralın 19-na qədər davam edəck.

Festivalın rəsmi saytında məlumat verilir ki, builki festivala tam 399 film qatılacaq ki, bunların 125-nin rejissorları qadınlardır.

Builki festivalda yayımlanacaq filmlər əsasən siyasi ağırlıqlı filmlərdir. Məsəlçün fin rejissoru Aki Kaurismäk-ın bu il ilk dəfə festivalda göstəriləcək "Ümüdün o biri üzü" filmi Avropadakı mühacir probleminə həsr olunub. Xüsusilə festivalın sənədli filmlər bölümündə əsasən mühacir problemindən bəhs edən çoxlu sayda film göstəriləcək. Festivalın rəhbəri Dieter Kosslick media açıqlamasında deyib ki, builki festivalda çoxlu sayda komdediya filmləri var.

Festivalın açılışında Hollywood​-dan çoxlu sayta ulduzların Berlinə gələcəyi gözlənilir. Onlar arasında Richard Gere, Ethan Hawke, Cillian MurphyRobert Pattinson​-un adı çəkilir. Avropa ölkələrindən isə festivalda Cécile de France, Penélope Cruz, Catherine DeneuveKristin Scott Thomas​ iştirak edəcək.

Buna da bax: Azərbaycan dünya ölkələrinin kino qanunlarından nə öyrənə bilər? [Araşdırma]

Festivalın proqramında göstərilir ki, 9-19 fevral arası fin rejissoru Aki Kaurismäki-nin yeni filmindən başqa, polyak rejissor Agnieszka Holland-ın, britaniyalı rejissor Sally Potter-in, cənubi koreyalı Hong Sangsoo-nun, ispaniyalı Alex de la Iglesia-nın, amerikalı James Mangold-un və s. dünyaca tanınmış rejissorların filmləri məhz Berlinaledə ilk dəfə göstəriləcək. Bu ilk festivalda ən çox, yəni düz 74 filmlə iştirak edən isə Almaniyadır.

Xatırladaq ki, "Berlinale" film festivalı 1951-ci ildən keçirilir və əsasən Avropadan festivala qatılan filmlərə mükafat olaraq Qızıl ayı və Gümüş ayı fiqurları verilir.

Festivalın "Yarış", "Panorama", "Forum", "Generation", "Alman filmləri perespektivi", "Berlinale qısa filmləri" və "Retrospektiv filmlər" adlı bölümləri var.

XS
SM
MD
LG