Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:32

Gürcüstan Berlinale film festivalında üç filmlə təmsil olunacaq


2016-cı il Berlinare film festivalının açılışı.
2016-cı il Berlinare film festivalının açılışı.

Gürcüstan tarixində ilk dəfə bu ölkə rejissorlarının birdən-birə üç filmi Berlin beynəlxalq film festivalında (Berlinale) iştirak edəcək. Bu il festival fevral ayının 9-19-u arası baş tutacaq. 1951-ci ildən başlayaraq keçirilən Berlin film festivalı Kann və Venesiya film festivalları ilə bərabər səviyyəli, kino aləminin ən nüfuzlu festivallarından biridir. Bu festivalın əsas mükafatı "Qızıl ayı"dır.

Bu haqda Gürcüstan milli kinematoqrafiya mərkəzinin saytında deyilir ki, "Bu il Gürcüstan Avropa kino sənayesinin diqqət mərkəzindədir. Hər il Berlinarə kinofestialına dünyanın müxtəlif nöqtələrindən 600-ə qədər öndəgələn rejissor və prodüser gəlir. Kinofestival çərçivəsində baş tutacaq çoxsaylı tədbirlərdə gürcü kinosu təbliğ olunacaq və Gürcüstanın ölkə kimi film çəkməyə necə cəlbedici olmasından bəhs ediləcək"

Buna da bax: Xarici filmlərdə çoxlu Gürcüstan mənzərələri

Xatırladaq ki, Gürcüstan artıq 12-ci dəfədir ki, Berlinale film festivalında avropalı kinosevərlər öz filmlərini təqdim edir. Ancaq bu il əvvəlki illərdən fərqli olaraq Gürcüstan istehsalı olan üç film festivalda təqdim olunacaq. Onlardan biri Nana Ekvtimishvili və Simon Gross-un birgə çəkdikləri "Mənim xoşbəxt ailəm" filmidir. Film bir gürcü ailəsinin üç nəsil boyu cərəyan edən həyatından bəhs edir. Filmin baş qəhramanı 52 yaşlı gürcü dili və ədəbiyyatı müəllimi Marina Mxeidzedir, o günlərin bir günü darıxdırıcı həyatını kökündən dəyişdirərək ailəsindən uzaqlaşmağa qərar verir.

Nana Ekvtimishvili-nin çəkdiyi "Mənim xoşbəxt ailəm" filminin treyleri.

"Mənim xoşbəxt ailəm" filmi Gürcüstan milli kinemotoqrafiya mərkəzinin elan etdiyi layihə- müsabiqədədə qalib olaraq çəkilib, filmin çəkilişində Gürcüstan, Almaniya və Fransa kimi ölkələr iştirak edib, həmçinin Almaniyaın ZDF telekanalı və "Evrimaj" fondu da filmə subsidiyalar ayırıb.

Buna da bax: Tbilisi Beynəlxalq Film Festivalı siyasi filmlərə ağırlıq verəcək

Berlinale film festivalında həmçinin sənədli filmlər nominasiyasında Rati Oneli-nin "Günəş şəhəri" filmi, Generation nominasiyasında isə Natia Nikoleishvilinin qısametrajlı animasiya filmi yarışacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG