Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 12:05

Xarici filmlərdə çoxlu Gürcüstan mənzərələri


Tbilisidən bir mənzərə
Tbilisidən bir mənzərə

-

“The Hollywood Reporter” Gürcüstanda son bir neçə ildə film istehsalının inkişaf etməsindən danışan məqalə dərc edib.

Məqalədə deyilir ki, Gürcüstan kinosu nümayəndələri son bir neçə həftədə Berlində Avropa Yeni Film bazarında öz film imkanlarını təşviq ediblər. Onlar beynəlxalq film şirkətlərini və tanınmış rejissorları film çəkərkən Gürcüstan mənzərə və arxitekturasından istifadə etmələri üçün şirnikləndiriblər.

Gürcülər xarici film şirkətlərinə Avropa Asiyası və Sovet mənzərələri, həmçinin qarlı dağlar, səhralar, dəniz mənzərələri, bu mənzərələr arasında bir neçə saatlıq maşın yolu olduğunu elan ediblər.

Keçən ay təsis edilmiş “Gürcüstan filmi” dövlət layihəsi Gürcüstanın məşhur binalarını və ya bayrağını göstərməklə Gürcüstanda çəkildiyini bildirən filmlərə xərclərinin 20 faizini ödəməyi vəd edib.

Məqalədə deyilir ki, Gürüstan belə bir təşviq üsulundan istifadə edən ilk Sovet respublikasıdır.

Gürcüstan Film Komissiyasından David Vashadze adıçəkilən səhifəyə müsahibəsində deyib ki, Gürcüstanda çəkilən filmlərdən ölkəni pozitiv işıqda göstərmək rica olunur. "Ərizə prosesi onlayndır, sadəcə ssenari və xahiş məktubuyla müraciət etmək lazımdır. 90 gün ərzində büdcə ayrılır".

Artıq bu sxem üzrə iki layihə cəlb olunub. Bunlardan biri ABŞ, digəri "Bollywood" filmidir.

XS
SM
MD
LG